Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2019
15:48
993
Azərbaycanda internet niyə bahadır? - SƏBƏB

Azərbaycanda İnternet bazarının 65 faizinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar.

(“Baktelecom”, “Aztelekom”, “Azeurotel” , AzDataCom, Azercell ) nəzarət edir.

Bu barədə məlumat verən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, bu qurumların satdığı İnternet kifayət qədər bahadır: “Məsələn,

10 manat – 1 mb/s Aztelekom - ADSL

30 manat - 5 mb/s -Aztelekom – ADSL

30 manat - 6 mb/s -Baktelecom – ADSL

18 manat, 20 mb/s, Baktelecom -OPTİK

80 manat , 100 mb/s, Baktelecom, OPTİK

Müqayisə üçün :

Ukrayna

6 manat, ADSL+, 20 mb/s

(8 manat, optik internet, 100 mb/s , Ukrtelekom)

Qazaxıstan

15 manat, ADSL 4 mb/s +aylıq tel.+aylıq mobilə zənglər .

( 30 manat , optik internet, 200 mb/s, Kaztelekom)

Rusiya (Moskva)

15 - 20 manat, optik, 150 – 500 mb/s (Rostelekom)

Gürcustan

30 manat, 50 mb/s ( Magticom)”.

Mütəxəssis bildirir ki, NRYTN haqsız rəqabət aparır: “Artıq Antiinhisar dövlət qurumu da artıq bu barədə qərar qəbul edib.

Özəl provayderlər sürətli internet xidməti çəkmək üçün dövlətə məxsus rabitə resurslardan istifadə edə bilmirlər. NRYTN tabeliyində olan dövlət provayderləri isə bu resurslardan sərbəst istifadə edirlər. Bundan əlavə, özəl provayderlərin qiymət endiriminə NRYTN tabeliyndə olan dövlət provayderləri mane olur. İnternet bazarının 65 faizinə nəzarət edən dövlət provayderləri “DeltaTelecom”un 70 faiz qiymət endirimini boykot etdilər”.

O.Gündüzün sözlərinə görə, müşahidələr və monitorinqlər göstərir ki, provayderlər interneti topdan alanda öz müştərilərinin sayına və tələbatına uyğun həcmdə deyil, daha az trafik alırlar: “Dövlət və özəl provayderlərin “çəkidə aldatma” və digər sui-istifadə hallarının qarşısını almaq üçün dövlət və ictimai nəzarət güclənməlidir. İnternetin keyfiyyəti və qiyməti problemini həll etmək üçün nə etməli? Əvvəla, qiyməti bazar müəyyən etmədiyinə görə NRYTN dövlət provayderlərinə göstəriş verməlidir ki, qiymətlər 3-4 dəfə endirilsin. Bundan sonra özəllər bazara uyğun olaraq qiyməti endirəcəklər.

Sürətli internet xidməti üçün dövlət rabitə resurslarından istifadə ilə bağlı müəyyən olunan tariflər endirilməlidir. İkincisi, NRYTN-nin haqsız rəqabətinə son qoyulmalı, Antiinhisar dövlət qurumunun qərarı icra olunmalıdır. Özəl İSP-lərə şərait yaradılmalıdır, Kabel-kanal sistemindən istifadə Qaydaları hazırlanmalıdır. Üçüncüsü, Backbone (magistral) provayderlər topdansatış qiymətləri endirməlidrilər, İSP-lərə ictimai nəzarət imkanları yaratmalıdır. Dördüncüsü, dövlət provayderləri özəlləşdirilməlidir. Beşincisi, hökumət sektroda rəqabətli mühitin formalaşması üçün Strateji Yol Xəritəsində nəzərdə tutulanları tezliklə həyata keçirməlidir. Regionlarda sürətli internetin inkişafı üçün xüsusi dövlət proqramı hazırlanmalıdır. Nəhayət, altıncısı, müqavilədə göstərilən sürəti verməməyə görə, "çəkidə aldatma" ilə bağlı sərt tədbirlər görülməlidir”. (musavat.com)

Məqalədə : İnternet 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan son 8 ayda 58,4 mln dollar qazanıb

18

Sentyabr
15:59
İQTİSADİYYAT
173

Əlilliyin təyin edilməsi üçün yeni model hazırlanır

18

Sentyabr
15:51
AİLƏ, SAĞLAMLIQ
198

Azərbaycanda 7 məhkəmə hakimi cəzalandırılıb

18

Sentyabr
15:47
HÜQUQ,HADİSƏ
177

Lənkəranda 2 maşın toqquşdu, ölən var

18

Sentyabr
15:44
HÜQUQ,HADİSƏ
173

Deputatların pensiyası artırılacaq

18

Sentyabr
15:27
İQTİSADİYYAT
204

Roqozin Türkiyəni Baykonura çağırdı

18

Sentyabr
15:19
DÜNYA
200

Siyasi hücumlar üçün virus aşkarlanıb

18

Sentyabr
14:57
MARAQLIDIR
210

Rusiyada terrorun qarşısı alınıb-VİDEO

18

Sentyabr
14:31
DÜNYA
327

“Azərişığ”ın maşını aşdı - Ölənlər var

18

Sentyabr
14:16
HÜQUQ,HADİSƏ
338

Sentyabrın 19-na gözlənilən hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
329
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 23:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru