Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2019
10:23
1094
Azərbaycanda iki dövlət qurumu fəaliyyətini dayandırır

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı (YTP) fəaliyyətini dayandırır.

Bunu qurumlara yaxın etibarlı mənbə deyib.

Mənbənin sözlərinə görə, qurumların ləğv olunması yeni yaradılan İnnovasiya Agentliyinin dövlət qeydiyyatından keçməsi ilə əlaqədardır.

"Fondun və YTP-nin hazırkı işçi heyəti Agentliyin tərkibində fəaliyyət göstərəcək. Belə ki, 30 avqustda işçilərin əmək müqaviləsinə xitam veriləcək, sentyabrın 2-də isə yeni müqavilələr bağlanacaq", - deyə mənbə əlavə edib.

Qeyd edək ki, Agentlik yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.(APA)

Məqalədə : Azərbaycan dövlət qurumu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN: Dünən yol qəzalarında 7 nəfər ölüb

18

Sentyabr
10:46
HÜQUQ,HADİSƏ
28

Bu şəxslərin maaşı artırıldı

18

Sentyabr
10:08
ÖLKƏ
84

Azərbaycan nefti ucuzlaşıb

18

Sentyabr
09:53
İQTİSADİYYAT
77

Xarici valyutaların manata qarşı məzənnələri

18

Sentyabr
09:45
İQTİSADİYYAT
93

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

17

Sentyabr
22:15
AİLƏ, SAĞLAMLIQ
251

Azərbaycan gömrüyündə MİLYONLUQ ƏMƏLİYYAT - FOTO

17

Sentyabr
20:56
HÜQUQ,HADİSƏ
266

Neft gün ərzində ikinci dəfə ucuzlaşdı

17

Sentyabr
20:04
İQTİSADİYYAT
209

Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib - SƏRƏNCAM

17

Sentyabr
18:18
BÖLMƏNİ DÜZ SEÇ!
204

Türkmən qazı Azərbaycan ərazisindən keçə bilər

17

Sentyabr
17:00
İQTİSADİYYAT
250
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 11:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru