Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Mart

2020
16:44
Azərbaycanda gül dərmək istəyən yeniyetmə canından oldu - VİDEO

Yardımlı rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Baku Tv xəbər verir ki, rayonun Gügavar kəndində 12 yaşlı Aris Ağakişiyev qardaşı Daşqın Ağakişiyevlə birlikdə gül dərmək üçün dağlıq əraziyə gedib. 

A.Ağakişiyev gül dərmək istəyəndə ehtiyatsızlıq edib və 35-40 metr hündürlükdən dərəyə yıxılıb. Baş nahiyəsindən ağır yaralanan yeniyetmə təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Həkim Hikmət Əliyevin sözlərinə görə, A.Ağakişiyev xəstəxanaya daxil olan zaman vəziyyəti ağır olub: “Xəstənin beynində hematoma olduğu üçün Lənkəran xəstəxanasına göndərilib”. 

Görülən tədbirlərə baxmayaraq, A.Ağakişiyevin həyatını xilas etmək mümkün olmayıb. Yeniyetmənin meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə : faciə gül 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4921

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3343

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2666

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2203
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 06:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru