Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2020
10:57
Azərbaycanda əcnəbilərdən 1 milyon maska götürülüb - FOTO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək, bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, tədbir zamanı yaranmış vəziyyətdən sui-istifadə edərək, qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, içərilərində xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb. 

Belə ki, əməliyyat zamanı İran İslam Respublikasının vətəndaşları Bahadur Davud, Moenifard Seyidməhəmməd, Saviz Amiryusif külli miqdarda tibbi maskanı satmaq istəyən zaman tutulublar. Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Çin Xalq Respublikasının vətəndaşları Yang Kun və Yiming Liunun ölkədən qaçaqmalçılıq yolu ilə öz vətənlərinə göndərmək məqsədilə tədarük etdikləri külli miqdarda tibbi maska onların Bakı şəhəri Yasamal rayonunda kirayədə yaşadıqları mənzildən aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq, Çin vətəndaşlarını külli miqdarda  tibbi maska ilə təmin etməkdə şübhəli bilinən paytaxt sakini Arif İsmayılov da müəyyən edilərək saxlanılıb. 

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı  Xaçmaz rayon sakini Elvin Balamətov, Bakı şəhər sakini Elşən Ələkbərov, eləcə də paytaxt sakinləri Aslan Musayev, Şahin Fərzəliyev və Vaqif Mehbalıyev tibbi maska satarkən saxlanılıblar. Qeyd edək ki, bu şəxslər tibbi maskaları real dəyərindən dəfələrlə baha qiymətə satışa təqdim etdikləri üçün ifşa ediliblər. 

Baş İdarənin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ümumilikdə 1 milyon ədədə yaxın tibbi maska müəyyən edilərək dəstə üzvlərindən maddi sübut kimi götürülüb. 

Aşkar edilən faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

Məqalədə : Azərbaycan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3739

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2734

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2147

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1852
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 22:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru