Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2021
17:04
Azərbaycanda bərpa olunan enerji ilə bağlı bəzi səlahiyyətlər prezidentə aid olacaq

Azərbaycanda bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının birbaşa cəlbetmə yolu ilə seçilməsi ölkə prezidentinin razılığı ilə olacaq.

Bu barədə Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunda bildirilir.

Sənəsə əsasən, birbaşa cəlbetmə iki halda baş verəcək: Birincisi dövlətin maraqları və strateji əhəmiyyət baxımından zəruri olan pilot və digər layihələr həyata keçirildikdə və bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac baş tutmadıqda.

Həmçinin bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydasını, habelə bağlanılan müqavilələrin xüsusiyyətlərini və şərtlərini də dövlət başçısı müəyyən edəcək.

Bundan əlavə bərpa olunan enerji ilə bağlı fəaliyyət planını da prezident təsdiqləyəcək.

Fəaliyyət planına bərpa olunan enerji mənbələrinin təbiətdə mövcud potensialı, müasir texnologiyaları, elektrik şəbəkəsinin inkişafı, elektrik enerjisinin istehlakı proqnozları və elektrik enerjisi istehlakçılarının maarifləndirilməsi istiqamətində aparılmış tədqiqatlara əsaslanan ümumdövlət, yerli və digər tədbirləri, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadəyə dair hədəflər daxildir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kəlbəcərdə atışma DAVAM EDİR

23

İyul
22:25
HƏRB
452

Sabaha olan hava proqnozu açıqlanıb

23

İyul
16:12
ÖLKƏ
428

Oyundan kənar qalan qüvvələr - TƏHLİL

23

İyul
15:48
MÜNASİBƏT
817

"Azərmarka" "Azərpoçt"a birləşdirilir

23

İyul
15:32
İQTİSADİYYAT
456

İranda qatar relsdən çıxaraq aşıb

23

İyul
14:47
DÜNYA
489

Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

23

İyul
14:34
HÜQUQ,HADİSƏ
463

Azərbaycan neftinin qiyməti 73 dolları keçib

23

İyul
14:17
İQTİSADİYYAT
420

Azərbaycan Rusiyadan 100 dəmiryol vaqonu alıb

23

İyul
11:45
İQTİSADİYYAT
651
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-07-2021 19:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru