Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2021
15:21
Azərbaycanda bankda yarım milyonluq mənimsəmə

Rabitəbank” ASC-nin Lənkəran rayon filialının xəzinədarı Sadıqzadə Cəfər Ceyhun oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Lənkəran rayon prokurorluğundan məlumat verilib. 

Araşdırmalarla Cəfər Sadıqzadə tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə işlədiyi bankda ona etibar edilmiş kassadan ümumilikdə 563 min manat və 1300 ABŞ dolları məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 

20 aprel 2021-ci il tarixdə Cəfər Sadıqzadə şübhəli şəxs qismində tutulub. 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

16

May
16:58
ÖLKƏ
130

Sabah 35 dərəcə isti olacaq

16

May
14:05
ÖLKƏ
180

Vüqar Səfərlinin həbs müddəti uzadıldı

16

May
12:32
HÜQUQ,HADİSƏ
270

Vətən müharibəsi iştirakçısı vəfat etdi

16

May
12:29
BÖLMƏNİ DÜZ SEÇ!
260

Neftin bahalaşması davam edir

16

May
09:45
İQTİSADİYYAT
466

AMB-nin valyuta məzənnələri

16

May
09:30
İQTİSADİYYAT
505

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
748

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
564

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
616
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 18:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru