Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2019
12:10
249
Azərbaycanda ali təhsil alan əcnəbilərin sayı açıqlanıb

2018-2019-cu tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə təhsil alan əcnəbilərin sayı 86 ölkədən olmaqla 6004 nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 17 faiz artım deməkdir.

bu barədə Təhsil Nazirliyinin tədris ilinin yekunu ilə bağlı hesabatında bildirilib.

Qeyd olunub ki, Prezidentin sərəncamına əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayı 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub.

Bununla yanaşı, doktorantlara, ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılıb, bu tədbirlər 110 mindən çox tələbəni və doktorantı əhatə edib. Hazırda universitetlərdə tələbələrin 42 faizi, kolleclərdə 41 faizi, peşə təhsili müəssisələrində 81 faizi təqaüdlə əhatə olunub.

Eyni zamanda, I və II dərəcə əlilliyi olan, habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə ölkə Prezidentinin sərəncamı imzalanıb. Hazırda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təqribən 2500 nəfər əlilliyi olan şəxs təhsil alır.

Məqalədə : Ali təhsil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1596

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2681

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1049

Sabahın havası - İstilər davam edir

25

İyun
13:51
ÖLKƏ
1080

Günün qarşılaşmaları TV AFİŞA

25

İyun
12:50
İDMAN
1519

Dünən Bakıda 16 nəfəri gün vurub

25

İyun
12:18
ÖLKƏ
1081

İsrail Qəzzanı işıqsız qoydu

25

İyun
11:45
DÜNYA
169
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 15:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru