Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2019
20:57
357
Azərbaycanda adambaşına enerji içkilərinin orta illik istehlakı açıqlanıb

Avstriyanın Azərbaycandakı baş konsulluğunun dəstəyi və iştirakı ilə “Enerji içkilər – elmi yanaşma” mövzusunda dəyirmi masa təşkil olunub.

Enerji içkilərinin Azərbaycan bazarında yayılmasından sonra ilk dəfə olaraq, bu içkilər yerli və beynəlxalq mütəxəssislərin elmi müzakirəsinə səbəb olur.

Müzakirələrdə “Energy Drinks Europe” assosiasiyasınnı prezidenti Andreas Kadi (Belçika), İstanbul Texniki Universitetinin professoru Beraat Özçelik (Türkiyə), Azərbaycan Tibb Universitetinin professoru İbrahim Əhmədov və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da iştirak edib.

“Statistik məlumatlara əsasən, Azərbaycanda, məsələn Avstriyadan fərqli olaraq, enerji içkilərinin istehlakı yüksək səviyyədə deyil. Əgər Azərbaycanda adam başına enerji içkilərinin orta illik istehlak səviyyəsi 4 litrdirsə, Avstriyada bu 12 litrə bərabərdir. Enerji içkilərinin ümumi alkoqolsuz içki bazarında payı isə 1-2%-i ötmür. Enerji içkilərinin insan orqanizminə olan təsirinə gəlincə, qeyd etmək lazımdır ki, onların təsiri çay, qəhvə və kakaodan heç nə ilə fərqlənmir. Tərkibində kofein olan enerji içkilərini qəhvə ilə müqayisə etmək olar. Bu o deməkdir ki, qəhvənin çox içilməsi də ziyandır”- deyə Andreas Kadi bildirib.

Müzakirələr zamanı həmçinin qeyd olundu ki, Avropanın qida təhlükəsizliyi təşkilatının (EFSA) son 16 ildə enerji içkilərinin tərkibi ilə, xüsusilə də kofeinlə bağlı apardığı tədqiqatların nəticəsinə görə, bu içkilər normadan artıq qəbul edilmirsə, təhlükəsizdir. Norma isə böyüklər üçün 400 mq, hamilə və süd verən qadınlar üçün isə 200 mq təşkil edir. Enerji içkiləri alkoqollu və taurin tərkibli digər içkilərlə qarışdırıldıqda təhlükəli olurlar.

Dəyirmi masa zamanı enerji içkilərin tərkibi və onların təhlükəsizliyinin ölçülməsi, qida rasionunda kofein və enerji içkilərin buna qatqısı, enerji içkilərdə və digər məhsullarda kofein, səhiyyə təşkilatlarının və dövlət qurumlarının kofeinin təklükəsizliyi barədə fikirləri (Aİ və digər ölkələr), Aİ-da enerji içkilərlə bağlı qəbul edilmiş qanunlar, Aİ-da enerji içkilərə qarşı milli məhdudiyyətlər, kofeinin müsbət fizioloji xüsusiyyətləri, enerji içkilərindən istifadəyə qarşı diskriminasiya xarakterli məhdudiyyətlərlə bağlı məsələlər müzakirə olundu.

*Azərbaycanda energetik içkilər kateqoriyasına “Red Bull” və “Hell Classic” aid edilir.(Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İsmayıllıda meşə yanır - FOTO

26

Avqust
11:17
HÜQUQ,HADİSƏ
108

Bakının iki qəsəbəsində su olmayacaq

26

Avqust
10:43
ÖLKƏ
125

Xarici valyutaların manata qarşı məzənnələri

26

Avqust
09:52
İQTİSADİYYAT
114

Neft ucuzlaşdı, qaz bahlaşdı

26

Avqust
09:04
İQTİSADİYYAT
140

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
673
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 13:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru