Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

11 Aprel

2017
11:45
1317
Azərbaycanda qrip təhlükəsi varmı? - Rəsmi açıqlama

Hazırda Azərbaycanda qrip təhlükəsi yoxdur, vəziyyət normaldır. Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev Rusiyanın bəzi bölgələrində qripin yayılmasının Azərbaycana təsirinin mümkünlüyünü izah edərkən deyib.

İ.Ağayev əlavə edib ki, Rusiyada qripin yayılmasının Azərbaycan üçün təhlükəsi yoxdur:

“Azərbaycanda insanlar arasında qripə yoluxanlar ola bilər, ancaq bu, normal haldır, təhlükə demək deyil. Azərbaycan səhiyyə sistemi tərəfindən bütün qabaqlayıcı tədbirlər aparılır. Əgər ölkədə təhlükəli vəziyyət olsaydı, biz əvvəlcədən əhalini xəbərdar edərdik, qripdən qorumaq üçün lazımi tədbirlər aparardıq. Hazırda ölkədə belə bir təhlükə olmadığı üçün narahat olmağa əsas yoxdur”.

Qeyd edək ki, Rusiyanın 3 regionu hələ də kəskin qrip virusu təhlükəsi ilə üz-üzədir, bu səbəbdən 15 məktəbdə dərslər dayandırılıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru