Terroru maliyyələşdirənlərdən Qərbə xəbərdarlıq: SİZƏ GƏLƏCƏKLƏR / İŞİD-çilər arasında ciddi təfriqə yaranıb / Qubadlısız 21 il - VİDEO / Təmir gedən yolda nişan olmaması qəzaya səbəb oldu: yaralılar var / Obamanın ağ kostyumu başına bəla oldu (FOTO) / Şagirdlərdən müəlliməyə qarşı tərbiyəsizlik - VİDEO / Goranboy İH şəhid ailəsinin evini kimə verib? - FOTO / BQX Bakıdakı erməni əsirin hansı ölkəyə təhvil verildiyini bilmir / Diqqət! Yağış gəlir! / “Azərbaycan” qəzeti Rövnəq Abdullayevin klubunu “vurdu” / Səfir: Hər il İrana 1 milyondan çox azərbaycanlı səfər edir / Tərbiyəsiz sürücülər cəzalandırılacaqlar - VİDEO / DİQQƏT! Facebookdan yeni QADAĞA! / Həbs edilən "Neftçi" azarkeşlərindən xəbər var / Qarışqaların heyrətamiz iməcliyi - VİDEO / Kondisionerlərin zərərləri / Bakının mərkəzindəki həyacan - FOTO / Belə manyak sürücü bir də görməyəcəksiniz – VİDEO / Millət vəkili: "ATƏT-in həmsədrləri ermənipərəstdir" / Texnikumların boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb /
İstifadəçi Adı : Şifrə :
Yeni üzvlük Şifrəmi unutdum

Azərbaycanda cini olan ona üz tutur
Şərh yaz

Bir müddət öncə "Youtube" portalında bir gənci öz əsirinə çevirmiş cinin bədəndən necə çıxarılmasından bəhs edən video kadrın yayılması ictimaiyyətdə ciddi şəkildə rezonans doğurdu. Hətta məsələ telekanallar səviyyəsində belə, müzakirəyə çıxarıldı. Geniş oxucu marağını nəzərə alaraq, yayımlanan video kadrdakı gəncin bədənindən cin çıxaran para-psixoloq Vüsal Mərdinli ilə əlaqə saxladıq. FaktXeber.com-un suallarını cavablandıran müsahibin toxunduğu ciddi məqamları hər birimiz öz həyatımızda görə bilərik. İnanırıq ki, hazırladığımız müsahibə cəmiyyətdə sözügedən olayla bağlı yaranmış bir çox suallara və müəmmalara aydınlıq gətirəcək.     

- Bu işlə nə vaxtdan məşğulsunuz?
- 13 yaşımdan həmin varlıqlarla əlaqəm olub. Sadəcə olaraq bunu İslami yönümdən inkişaf etdirməyə çalışmışam. İslamda buna “ruqiyyə” deyirlər. “Ruqiyyə” sözü xəstənin üzərinə dua və ya Quranın oxunması kimi izah edilir.

- İlkin olaraq özünüzdə olan qeyri-adi qüvvə ilə bağlı nə hiss elədiniz?
-  Cinlər adətən milyondan bir insanla təmasa keçirlər. İnsanlarda olduğu kimi cinlərin də kafiri, yəhudisi, xristianı və müsəlmanı mövcuddur. Müsəlman cinlər demək olar heç zaman insanlarla təmas qurmurlar. Cahil cinlər isə insanlarla əlaqə qurduqdan sonra onları aldatmağa, insanlara vergili olduğunu təlqin etməyə çalışırlar. Nəticədə, qarşı tərəf bu iddia ilə çıxış edir. Lakin cinlərin qeybi və gələcəyi bilməsi ilə bağlı səsləndirilən fikirlər yalandır. Bunu Quran da sübut edir. Əgər cinlər doğrudan da qeybi bilmiş olsaydılar, Süleyman Peyğəmbərin ölüm gününü müəyyən edib neçə aylar onun sarayında işləməzdilər. Digər tərəfdən, bəzi falçılar cinlərdən istifadə etdiklərini söyləyirlər. Əslində isə məsələ tamamilə əksinədir. Yəni cinlər falçılardan öz məqsədləri üçün istifadə edirlər. Hətta bəzi falçılar cinlər vasitəsilə əldə etdikləri keçmiş məlumatları insanlara deməklə, özlərini kəramət əhli kimi göstərməyə çalışırlar. Mən isə sırf cinlərin müsəllət (bədənə daxil olub özünə əsir edən – red.) olduğu insanlara yardım edirəm. Yəni kimlərinsə bədəninə cin daxil olduqda, onu çıxarmatmaqla məşğul oluram.

- Məşğul olduğunuz peşənin hər hansı bir elmi əsası mövcuddurmu? Əksər vaxtlar elm adamları, alimlər və professorlar bu məsələnin elmi əsası olmadığına görə cəfəng adlandırırlar.
- Sevgini, oksigeni, bəzi hissləri, bədən ağrılarını və digər varlıqları görmədiyimiz kimi, cinləri də görə bilmirik. Bir şeyin gözə görünməməsi, onun olmaması anlamını vermir. Tarixi nəzərə salsaq dünyanın bir çox ölkələrinin kəşfiyyat üçün bu cür vasitələrdən istifadə edilib. Eyni halda para-psixoloqlar sözügedən varlıqların olduğunu təsdiqləyirlər. Hazırda dünyanın bir çox ölkələrində eksortizm xəstəxanaları mövcuddur. Qonşu Rusiyada bu sahə ilə rahiblər məşğuldur. Düzdür ki, onlar bunu müsəlman və Quran qədər mükəmməl bilmirlər. Lakin xristian cinlərə lazımı formada təsir qoymaları mümkündür. Hətta qardaş Türkiyədə qeyri-rəsmi olsa da xəstəxanalar fəaliyyət göstərirlər. Elm də isbat edib ki, frekanslar var. Hər bir insanın, heyvanın özünə məxsus beyin frekansları mövcuddur. Qurani-Kərimdə insanın torpaqdan, cinlərin isə tüstü və oddan, bir növ radiodalğadan yaradıldığı bildirilir. Ona görə cinlər bizim zamana və sürətə tabe deyillər.

- Bəs cinlərin zaman və məkan məsələsi necədir?
- Onların da özlərinin tabe olduqları qaydalar mövcuddur. Onların Məkkə şəhərindən Azərbaycana gəlmələri bir göz qırpımında baş tutur. Onlarda şüur sürəti mövcuddur. Məkanları isə bu dünyadır və bizimlə bir yerdə yaşayırlar. Çalışırlar ki, insanların yaşadıqları məntəqələrdən uzaq yerlərdə qalsınlar. Daha çox xarabalıqlarda, dağlarda, uzaq adalarda, mağaralarda və digər bu kimi yerlədə yaşayırlar. Hədislərdə vardır ki, cinlərlə İslam peyğəmbəri arasında bir əhd bağlanıb, onlar insanlara əziyyət verməyəcəklər. Lakin insanlarda olduğu kimi onlar arasında əhdini pozan, İslamla düşmənçilik edən, kafir və münafiqləri var. Necə ki, Suriyada özlərinə müsəlman deyənlər digər müsəlmanların başlarını dəhşətli şəkildə kəsirlər və sonra özlərini müsəlman adlandırırlar.

- Deyirsiniz ki, cinlər insanların bədəninə daxil olaraq onlara əziyyət verir. Bunun zəhmətə olmasa izahını verərdiniz
- Dədə-babalarımızdan daima eşitmişik ki, hara gəldi “bismillah” demədən qaynar su, köz atmaq olmaz. Yeni nəsillər, texnologiyalar inkişaf etdikdən sonra belə şeyə inam itdi. Bəzi vaxtlar deyirlər ki, cin problemi ilə əksər vaxtlar buna inanan insanlar tutulur. Əsla bu belə deyil. İnandırım ki, bu günə qədər qarşıma çıxan şəxslər arasında dövlət işçiləri, həkimlər, digər vəzifəli şəxslər olub. Halbuki, onların heç biri buna inanmırdılar. Hətta bəzi psixoloqlar cinə müsəllət olmuş şəxsə yardım etmək istəyərkən, özləri bu bəlaya mübtəla olublar. Cinlərin insanlara əziyyət verməsinin bir neçə səbəbləri var. Bunlarda biri hara gəldi ehtiyatsızlıq üzündən qaynar su atmaqdır. Cinlər oddan yaransalar da, od onlara əziyyət eləyir. Digər səbəb isə qara magiya ilə bağlıdır. Şükür olsun Allaha, bu Azərbaycanda inkişaf etməyib. Əks halda, insanların həyatları müsibətə çevrilərdi. Bizdə qara magiya ilə məşğul olanların əksəriyyəti şarlatandır. Başqa bir səbəb isə dəhşətli qorxu anı ilə bağlıdır ki, insanların həmin vəziyyətdə bədənlərinin nuru parçalanır və aurası zəifləyir. Ümumiyyətlə, bu problemdən qorunmaq üçün ən mükəmməl yol ibadət və Quran oxumaqdır. Yeri-göyü yaradanın Qurana ehtiyacı yoxdur. Əslində Qurana bizim ehtiyacımız var. Xəstəni cindən azad etdikdən sonra bizim ona ilk tapşırığımız bu olur ki, daimi namazlarını qılacaq və hər namazda “Fələq”, “Nas” surəsini və “Ayətül-Kürsü”nü oxuyacaq. Bir sözlə, namaz qılan şəxslərə yaxın dura bilmirlər.

- Ümumiyyətlə, cinlərin insanlara fiziki formada zərər vurmaları mümkündürmü?
- Cinlərin insanlara fiziki formada hər hansı bir təsir etmək qabiliyyətləri yoxdur. Onlar yalnız psixoloji və ruhi təsir edə bilirlər. Sinir sisteminə ciddi şəkildə müdaxilə etmələri mümkündür. Elm özü də isbat edib ki, beynin ələ və digər üzvlərə komanda verməsi radiodalğalarla mümkündür. Cinlər də beynin şöbələrinə çox gözəl formada təsir göstərə bilirlər.

- Cinlərdən sağlam məqsədlər üçün istifadə etmək mümkündürmü?
- İslam tarixinə və rəvayətlərə baxsaq görərik ki, peyğəmbərimiz o qədər döyüşlərdə cinlərdən heç bir halda istifadə etməyib. Tarixi şəxsiyyətlər öz məqsədləri üçün bu cür vasitələrdən istifadə etməyiblər. İnsan cinlərdən çox üstün bir varlıqdır. Onlar qoxu vasitəsilə qidalanırlar. Cinlər insan bədəninə müsəllət olanda, sanki özlərini 5 ulduzlu oteldəki kim hiss edirlər. Bundan sonra insanlarla hər bir işdə, hər bir ləzzətdə şərik olurlar. Ona görə də Qurani-Kərimdə buyurulub ki, hər bir iş görməmişdən öncə “bismillah” deyin. Xüsusilə yeni ev alanda, ailə təməli qurulanda, ayaqyolundan istifadə etdikdə, hətta cinsi əlaqədə belə ilk öncə “bismillah” deyilib işə başlanılmalı və içəri daxil olunmalıdır. Həmin anda mənfi qüvvələr də insana müsəllət olmur.

- Əgər cinlərlə belə iş görmək mümkündürsə, onda Dağlıq Qarabağla bağlı bu qədər həngamə, müharibə və ya danışıqlar nəyə lazımdır? Elə olmaz ki, bir nəfər Sarkisyana cin müsəllət eləsin, bununla da iş qurtarıb getsin.
- Kiməsə cin müsəllət eləmək üçün ilk öncə həmin şəxsə aid olan şəxsi əşyaya malik olmalısan. Bura saç, geyim, tər və digər şeylər aiddir. Digər tərəfdən, dünyanın bütün siyasətçilərinin hamısının yanında xüsusi rəmmallar olub. Artıq bu məsələdən dünyanın hər yerində dövlət səviyyəsində istifadə edilir.

- Sizə müraciət edənlər əsasən kimlərdir? Müraciət edənlər arasında məmurlar vardırmı?
- Bütün kateqoriyadan olan insanlar müraciət edirlər. Müraciət edənlərin hamısının anonimliyi saxlanılır. Onlar arasında adi insan, həkim müəllim və məmurlar da var. Məmurlar həm özləri, həm də ki, ailələri müraciət edirlər. Bəzi siyasətçilər var ki, bu amildən istifadə edərək qabağa getməyə çalışırlar. Onu da bildirim ki, hər kim sehrbaza, qara magiyaya, kartla baxan falçıların yanına gedirsə, bilsin, özünün uşağının və ailəsinin bədəninə cin doldurur. Çünki həmin cadugərlərin evləri tamamilə neqativ zonalardır və orada xeyli sayda şər qüvvələr mövcuddur. Mümkündür, 1-2 ay ilkin olaraq özlərini yaxşı hiss eləsinlər, lakin sonradan cadugərlər elə bir vəziyyət yaradırlar ki, qarşı tərəf onlardan asılı vəziyyətə düşür və get-gələ salırlar.

- Bəs, bir insanın cinə müsəllət olub-olmamasını haradan bilirsiniz?
- İlk öncə həmin şəxsin gözünün içinə baxıram. Əgər daxilində cin vardırsa, mənim onu yaxınlaşmağımdan ciddi şəkildə narahat olmaqla yanaşı, bəzi vaxtlar özündən gedir. Yanıma gətirilən xəstələrin əksəriyyəti nevroloji problemi olur və həmin şəxsləri həkimə göndərirəm. Cinə müsəllət olan şəxslərin əksəriyyəti Allahdan, ibadətdən uzaq və daha çox günah edən şəxslərdir. Bəzi vaxtlar namaz qılanlar da bu cür problemlərlə üzləşirlər. Lakin buna səbəb, həmin namaz qılanların ibadətə əhəmiyyətsiz yanaşması və günah etməsi ilə bağlıdır. Hətta bəzi ailələr var ki, evdən bayırda bir-birilərini dəhşətli dərəcədə sevirlər, amma evə gələn kimi bu sevgi nifrətə çevrilir. Eyni halda, kimsə arxasında daima nəyisə hiss edirsə, gecə yatanda sinəsində sanki kimsə oturmuş kimi sıxılmalar olursa, deməli həmin şəxsi cin vurub.

Xəyal Şükür

Teqlər :
cin - cinvurma - Vüsal - Mərdinli - Quran -
Paylaş :
Mail Yazdır Şərh yaz 1 dəfə şərh edilib
09-12-2013 11:36 - 2732 dəfə oxunub
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini basın
Şərhlər
xəlilova mehri tərəfindən 27-04-2014 Tarixində yazıldı
--mən nömremi qoyum siz mene zeng vurun xahiş edirəm 0517666675gözləyirem
Münasibət
29-08-2014 10:22 “Ərdoğan amerikalıların bölgədəki maraqlarına qarşı gələcək”
28-08-2014 17:06 “Bu itki tibbi nöqtəyi nəzərdən əməliyyat sayına görə əla göstəricidir”
27-08-2014 15:57 Qəpiklərdən niyə istifadə etmirik? - EKSPERT RƏYİ
26-08-2014 11:50 Rusiya sanksiyası Azərbaycan bazarlarını iflic edib
26-08-2014 11:01 Keçmiş baş prokurordan ilginc açıqlama
25-08-2014 18:06 Erməni gənci: “Valideynlərim azərbaycanlılar haqqında xoş sözlər deyir”
25-08-2014 15:23 Avtobusda ölən sərnişinlərin ailəsinə 5000 manat veriləcək
22-08-2014 10:05 Təhsil Nazirliyi müəllimləri aldadır
18-08-2014 17:13 Sərdar Cəlaloğlu: "Əli Kərimli gəlmirsə, qoy cəhənnəmə gəlsin" - İTTİHAM
14-08-2014 09:41 "Ən azı bir il bizim bölgədə çox gərgin vəziyyət hökm sürəcək"
13-08-2014 15:11 Soçi görüşündə kəlbəcərli girovlar müzakirə edilib
12-08-2014 17:16 Mİkayıl Cabbarov Misir Mərdanovu yenə biabır etdi
07-08-2014 15:36 Keçmiş nazirlə yenisi arasında söz dueli - MİSİR MƏRDANOV CAVAB VERDİ
07-08-2014 15:26 Cabir İmanov: “Bayrağımızı Şuşa qalasına sancacağıq”
06-08-2014 15:44 Əfsanəvi döyüşçü: “Səfər Əbiyev qoymadı ki, erməni səngərini dağıdaq”
06-08-2014 12:11 Elşad İskəndərov: “Ermənistanın təxribatlarının nəticəsi ağır olacaq”
05-08-2014 16:49 Vəhhabilər şəhid əsgərlərimizi "LEŞ" adlandırırlar
01-08-2014 18:58 Hacı Şahin Həsənli şəhid əsgərlərimizdən yazdı
01-08-2014 13:49 Ermənistanın müharibəyə başlanması etiraf olunmalıdır
31-07-2014 17:30 İslamçılar Leyla Yunusun müdafiəsinə qalxdılar
31-07-2014 10:15 İsa Qəmbər Leyla Yunusun həbsinə münasibət bildirdi
30-07-2014 14:46 Tahir İmanov bütün tabuları dağıtdı
30-07-2014 11:33 Düşmənin istədiyi də budur ki...
24-07-2014 17:16 Şeyx İŞİD-dən danışdı
23-07-2014 12:37 İpoteka bazarında gərgin vəziyyətin sirri
22-07-2014 15:30 Elmar Məmmədyarov şoka düşüb
22-07-2014 15:29 Vüqar Bayramovdan jurnalistlərə özünəməxsus təşəkkür
21-07-2014 17:10 Mübariz Qurbanlının təyinatına münasibətlər
21-07-2014 16:00 Vüqar Bayramov Elman Rüstəmova müraciət etdi
21-07-2014 14:12 Jurnalistikamız müstəqillik ruhunun daşıyıcısı kimi çıxış edir
21-07-2014 14:06 İşdən qovulduğu deyilən general danışdı
21-07-2014 10:28 “Hakimiyyətdən vəzifə təklifi almışam” - Qubad İbadoğlu
18-07-2014 15:34 “Beynəlxalq Qırmızı Xaç Komitəsi özünü 100 min tonluq gəmi kimi aparır"
18-07-2014 10:11 Vəhhabilərə dəstəkdə ittiham olunan klinikanın rəhbərindən şok açıqlama
18-07-2014 09:42 Ərdoğandan Bakıya Qarabağ şantajı
17-07-2014 11:56 Rufulla Axunzadənin səhhəti ilə bağlı vəkil danışdı
16-07-2014 17:23 Cinayət hadisələri xalqımızı məzara daşıyır
16-07-2014 14:41 Leyla Yunus: "Ürəyim orada idi"
16-07-2014 13:19 Banklar real sektoru birbaşa maliyyələşdirməkdə maraqlı deyillərsə...
16-07-2014 12:53 Təhsil eksperti təhsilimiz üçün 2 il möhlət verdi
16-07-2014 09:41 Fələstinin Bakıdakı səfiri ictimaiyyətin qınağına səbəb oldu
15-07-2014 19:10 Bahar Muradova: "Boş söhbətdir..."
15-07-2014 16:54 Azərbaycanı aktiv müharibəyə cəlb etmək istəyirlər
15-07-2014 12:39 Məktəb direktorundan etiraf
15-07-2014 11:39 Mirvari Qəhrəmanlı: "Arxayın olsunlar ki..."
14-07-2014 14:24 Millət vəkili: “Azərbaycan İŞİD-i terror təşkilatı kimi tanımır”
14-07-2014 13:11 "Qəzzadakı hadisələr görünməyən vəhşilikdir"
14-07-2014 11:23 "Di Mariyanın olmaması Argentinanın oynuna təsir etdi"
14-07-2014 11:08 Azərbaycan prezidenti niyə Rusiyaya rəsmi səfərə getmir?
14-07-2014 10:51 "Unun bahalaşmasına əsas səbəb Ukraynakı böhrandır"
11-07-2014 16:30 Ekspert prezidentin bank iradına şərh verdi
10-07-2014 15:31 Ərəstun Oruclu Abbas Abbasovun fikirlərini əhəmiyyətsiz adlandırdı
09-07-2014 17:37 Azərbaycan hakimiyyətinin idxal pripiskası
09-07-2014 15:35 Azərbaycanda Facebook, Skype, WhatsApp-dan istifadən edənlər mütləq bunu oxusunlar
09-07-2014 14:18 Mayis Güləliyev: “Yeni partiyanı da digər partiyalara aid olan problemlər gözləyir”
09-07-2014 12:24 "Rusiya və Qərb arasında yaranmış gərginliyin Qarabağ məsələsinə müəyyən təsirləri var"
09-07-2014 12:21 "Bu insanlar Şamı müqəddəs sayırlarsa, niyə Şuşanı müqəddəs saymırlar?"
08-07-2014 19:40 Azərbaycanlı alimin elmi əsəri Vyanada təqdim edilir
02-05-2014 12:21 Bakıda erməni qadının qurbanına çevrilən ana və qız küçələrdə qalıblar
02-05-2014 11:43 Sosial şəbəkələrdəki saxta profillərin qarşısını almaq mümkün olacaqmı?

Xəbər Lenti
Sorğu
Səs ver Nəticələr

Cəmiyyət Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb İdman
Araşdırma Analiz
Elm-Texnologiya Top Secret
Mədəniyyət Maraq Dünyası
Mənəviyyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Foto
Video Tarix
Valyuta.com

® 2009 FAKTXEBER.COM - Azerbaijan Online Internet Newspaper

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az