Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Yanvar

2020
16:05
Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində pilot layihə hazırlayır

Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində pilot layihə hazırlayır

Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov bərpa olunan enerji mənbələri sahəsində layihələrin icra olunmasından və bunun üçün görülən tədbirlərdən danışıb.

Bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsinin əsas məqsədi əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlığın dəstəklənməsidir.

Dövlət başçısının 29 may 2019-cu il tarixli “Azərbaycan Respublikasının enerji sektorunda islahatların sürətləndirilməsi haqqənda” sərəncamına əsasən, Energetika Nazirliyinə bərpa olunan enerji mənbələrinin istifadəsinin təşviq olunması, əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlığın fəaliyyətinin dəstəklənməsi üzrə tədbirlər görmək, eləcə də “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin istifadəsi haqqında” qanunun hazırlanması tapşırılıb.

Bu layihə artıq hazırdır və razılaşdırma mərhələsindədir. Energetika Nazirliyi müvafiq dövlət strukturları ilə birgə bərpa olunan enerji mənbələrinin istifadəsi üçün potensiala malik sahələrin prioritetliyini müəyyən edib. Bu sahənin inkişafında maraqlı olan şirkətlərlə memorandumlar imzalanıb. Prioritet sahələrin sayı səkkizdir və əsasən Bakı şəhərinin ətrafında, eləcə də Abşeron və Xızıda yerləşir. Bu sahələr özəl investorlara təqdim olunub və investorlardan müvafiq təkliflər alınıb. Bərpa olunan enerji mənbələrinin istifadəsinin təşviqi və bu sektora özəl investisiyaların cəlb olunması məqsədilə dövlət başçısının 5 dekabr 2019-cu il tarixli “Bərpa olunan enerji mənbələrinin istifadəsi sahəsində pilot layihələrin reallaşdırılması üzrə tədbirlər haqqında” sərəncamı imzalanıb. Sərəncam çərçivəsində müvafiq komissiya yaradılıb. Hazırda sərəncamda nəzərdə tutulan tədbirlər görülür və müvafiq sahələrdə işçi qruplar yaradılıb.

Energetika Nazirliyi Asiya İnkişaf Bankının maliyyə və texniki dəstəyi ilə “Üzən günəş panellərinin hazırlanması üçün biliklərin mübadiləsi və texniki dəstək üzrə” pilot layihəsini reallaşdırır.

Layihə Böyükşor gölündə 100 kilovatt gücündə günəş panelləri sisteminin yaradılmasını, eləcə də günəş enerjisinin istifadəsində özəl sektorun iştirakının təşviq olunmasını və tədris vasitəsilə milli potensialı möhkəmləndirmək üçün biznes modellərin formalaşdırılmasını nəzərdə tutur. Hazırda tenderlər keçirilir, müvafiq şirkətlər seçiləndən sonra tikinti başlayacaq.

Bərpa olunan enerji mənbələri vasitəsilə enerji istehsalının şaxələndirilməsi təkcə enerji təhlükəsizliyinə xidmət etməyəcək, həm də iqlim dəyişikliyi üzrə BMT Çərçivə Konvensiyasındakı öhdəliklərin icrasına, eləcə də Azərbaycana xarici investisiyaların cəlb olunmasına yol açacaq.

Azərbaycan yüksək bərpa olunan enerji mənbələri potensialı olan ölkələrdən biridir. Ölkəmizdə bərpa olunan enerji potensialı 26 940 meqavatt, o cümlədən külək enerjisi 3 min meqavatt, günəş enerjisi 26 940 meqavatt, bioenerji potensialı 380 meqavatt və dağ çaylarının enerji potensialı 520 meqavatt həcmində dəyərləndirilir.

2018-ci ildə ölkədə 25,2 milyard kilovatt/saat elektrik enerjisi istehsal olunub ki, bunun 2,04 milyard kilovatt/saatı bərpa olunan enerji mənbələrinin payına düşür. İl ərzində külək elektrik stansiyalarında 85,7 milyon kilovatt/saat, günəş elektrik stansiyalarında 39,3 milyon kilovatt/saat, sərt məişət tullantılarının yandırılması qurğularında 162,3 milyon kilovatt/saat elektrik enerjisi istehsal olunub. Bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ümumi istehsalda payı 8,1 faiz təşkil edib.

Bərpa olunan enerji mənbələrindən istifadənin güclənməsi yeni xidmətlərin yaradılmasına, istehsal güclərinin artmasına və yeni iş yerlərinin açılmasına, həmçinin enerji istehsalının şaxələndirilməsinə xidmət edəcək, təbii qaza qənaət hesabına ixrac potensialımızı artıracaq və ətraf mühitə mənfi təsiri azaldacaq.

Bu layihələrin maliyyələşdirilməsini özəl investorların vəsaitləri hesabına, birbaşa satış müqavilələri imzalamaq və hərraclar keçirmək yolu ilə reallaşdırmaq planlaşdırılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müəllimlərin işə qəbulunda yenilik - VİDEO

21

Yanvar
18:05
ELM / TƏHSİL
885

Məktəblərdə qış tətilinin vaxtı açıqlanıb

21

Yanvar
17:43
ELM / TƏHSİL
839

Kriminal avtoritet “Osman Gəncinski” saxlanılıb

21

Yanvar
17:30
HÜQUQ,HADİSƏ
245

Ramiz Zeynalov Vilayət Eyvazova hesabat verdi

21

Yanvar
16:15
HÜQUQ,HADİSƏ
280

Şagirdlərin yerdəyişməsi dayandırlır

21

Yanvar
15:10
ELM / TƏHSİL
1607

Sumqayıtda cibgirlər saxlanılıb

21

Yanvar
15:02
HÜQUQ,HADİSƏ
229

Tağı Əhmədov bəzi deputatları tənqid edib

21

Yanvar
14:45
SİYASƏT
1486
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2020 19:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru