Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Avqust

2019
14:26
3044
Azərbaycan bankı IT Akademiyası yaradır
Təhsil ödənişsiz olacaq

Azərbaycan Beynəlxalq Bankı Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində İnformasiya Texnologiyaları Akademiyasının yaradılmasına başlayıb.

Bankdan FaktXeber.com-a verilən məlumata görə, bu layihə ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq, peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək məqsədi daşıyır.

Akademiya Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə fəaliyyət göstərəcək, burada təhsil ödənişsiz olacaq. IT sahəsində bilik və bacarıqlar qazanaraq peşəkar karyera qurmaq istəyən 20-34 yaş arasında gənclərə Akademiyada təhsil almaq imkanı yaradılacaq. Layihənin effektivliyi üçün qəbul zamanı, əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin sonuncu kurslarında oxuyan tələbələrə üstünlük veriləcək.

Azərbaycan Beynəlxalq Bankının ölkəmizin biznes mühitində ilk dəfə olaraq həyata keçirdiyi bu sosial layihə Bankla “DAN.IT Education” mərkəzinin tərəfdaşlığı ilə reallaşdırılacaq. 

Akademiyada təşkil olunan bootcamp təlimlər əsasında FrontEnd və BackEnd daxil olmaqla 2 əsas istiqaməti əhatə edəcək həmçinin, Mobile Application və Business Intelligence mövzularıda əlavə tədris olunacaq. Göstərilən hər proqram 300 akademik saatdan ibarət olacaq və 2,5 ay müddətində davam edəcək.

Akademiyaya qəbul üçün müsabiqə sentyabrın 9-da elan ediləcək. Bu məqsədlə onlayn platforma yaradılacaq, arzu edən şəxslər qəbul üçün ərizələrini bu platforma üzərindən təqdim edə biləcəklər.

Qəbul 4 mərhələdən ibarət olacaq: abituriyentlərin qeydiyyatı, İT sahəsinə olan motivasiyanın dəyərləndirilməsi, texniki test imtahanı və fərdi müsahibə.

Azərbaycan Beynəlxalq Bankı DAN.İT Education-la birgə Akademiyaya beynəlxalq təcrübəyə və yüksək peşəkarlıq səviyyəsinə malik olan təlimçilər cəlb edəcək. Həmçinin Mobile Application, Business Intelligence, Product Management, Data Science sahələri üzrə ekspertlərin tələbələrlə görüşləri və müxtəlif online-workshop-ları nəzərdə tutulub.

Məzunlara əmək bazarında böyük tələbatın olmasından ötrü IT Akademiyasının nüfuzunun, burada aparılan tədris keyfiyyətinin ən yüksək səviyyəyə çatdırılması üçün bütün digər lazımi tədbirlər də həyata keçiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
42

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
71

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
110

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
146

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
137

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
684

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
509
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 15:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru