Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2020
17:35
Azərbaycan balı ucuzlaşacaq

Yaxın illərdə daxili bazarda istehsal edilən balın qiymətində azalma müşahidə olunacaq.

Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, bu tendensiya daxili bazarda istehsal həcminin artımı və yerli məhsulun rəqabət qabiliyyətinin təmin edilməsi fonunda gözlənilir: "2019-cu ildə ölkədə bal istehsalının həcmi 6 min tona yaxın təşkil edib. Cari ildə bu rəqəm təxminən 7 min tona hədəflənib. Ölkənin daxili tələbatı 5 min tona yaxındır. Ötən il müəyyən həcmdə bal Birləşmiş Ərəb Əmirlikləri və Yaponiyaya ixrac edilsə də, istehsalçıların əllərində məhsul hələ də qalıb. Buna səbəb bazarda ucuz məhsulların daxil olmasıdır, hansı ki, yerli arıçıların satışlarına problemlər yaradır".

Assosiasiya sədrinin fikrincə, qiyməti bazar tənzimləyir və əgər bu tendensiya yaxın illərdə davam edərsə, balın qiyməti enəcək.

"Yəni əgər hazırda balın 1 kiloqramının orta qiyməti 20-25 manat təşkil edirsə, bu məbləğ 15-20 manata enə bilər", - deyə B. Həsrətov qeyd edib.

Bazarlarda və ticarət şəbəkələrində ucuz, kilosu 3-4 manata satılan balların həddindən artıq çoxaldığını deyən Assosiasiya sədri bildirib ki, bu məsələyə aydınlıq gətirmək üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunub: "Biz inanmırıq ki, istənilən ölkədə balın maya dəyəri bu dərəcədə ucuz olsun. Əlbəttə, bazarlara nəzarət gücləndirilməlidir. Çünki belə davam edərsə, bu, arıçılığın gələcəyinə böyük zərbə vura bilər. Həddindən artıq ucuz bal yerli arıçıların məhsullarının satılmasına maneələr törədir və bu da sözügedən sektoru inkişafdan saxlaya bilər".(APA)

Məqalədə : bal 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4921

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3338

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2661

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2203
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 05:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru