Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2020
16:11
Azərbaycan aviaşirkətləri İran üzərindən uçuşları davam etdirəcək

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Buta Airways" aviaşirkətləri hazırda İran istiqamətində və bu ölkənin ərazisi üzərindən keçməklə yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

AZAL-dan FaktXəbər-ə verilən məlumata görə, o cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, bu gün göyərtəsində 180 sərnişin olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi “texniki nasazlıq” səbəbindən Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb.

Xatırladaq ki, Yaxın Şərqdə gərginləşən vəziyyətlə əlaqədar bəzi aviaşirkətlər İran və İraq üzərindən uçuşları dayandırıb. Bunların arasında "Air France", "Lufthansa", "Singapore Airlines", "EVA Air", "Malaysia Airlines", "Vietnam Airlines", "Qantas", "Air Astana" var. Həmçinin, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi isə Rusiya aviaşirkətlərinə İran və İraq üzərindən uçuşları həyata keçirməməyi tövsiyə edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Tehran yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin məxsus olduğu Ukrayna Beynəlxalq Hava Yolları aviaşirkəti Tehrana uçuşların qeyri-müəyyən müddətə təxirə saldığını açıqlayıb.

Məqalədə : AZAL 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Osloda ən məşhur ad "Məhəmməd"dir

24

Yanvar
13:08
MARAQLIDIR
140

Brüssel də Brexit-i təsdiqləyib

24

Yanvar
12:45
DÜNYA
136

Pompeo Rusiyanı cəzalandırmaq istəyir

24

Yanvar
12:37
DÜNYA
138

Xırdalanda su kəsiləcək

24

Yanvar
10:10
ÖLKƏ
216
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2020 13:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru