Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Avqust

2021
09:41
Azərbaycana gətirilən bu avtomobillərdə ciddi problemlər aşkarlanır - VİDEO

İnternet üzərindən Koreyadan avtomobil alan şəxs külli miqdarda ziyana düşüb.

Xezerxeber.az xəbər verir ki, paytaxt sakini Vüqar Şahmuradov deyir ki, bir neçə ay əvvəl sözügedən ölkənin istehsalı olan avtomobili gömrük rəsmiləşdirməsi xərci ilə bərabər 14 min manata Bakıya gətirdib.

Xarici ölkəyə məxsus satış saytından aldığı ikinci əl avtomobili Vüqar Şahmuradov ustaya aparıb.

Usta Sahil Ağabəyli deyir ki, Azərbaycana Koreya və Amerika bazarından gətirilən avtomobillərin böyük əksəriyyətində problemlər olur. Bu ölkələrdə sürülüb satışa çıxarılan avtomobillərin nə mühərrik, nə də ki sürət qutusunun yağı dəyişdirilmir. Bundan başqa, həmin avtomobillərin alt işlək hissələrində də çox nasazlıqları aşkar edilir.

Usta deyir ki, Amerika bazarından gələn avtomobillər də qəzalı vəziyyətdə olur. Səbəb də həmin nəqliyyat vasitələrinin Amerikada sığorta şirkətlərindən hərrac yolu ilə alınmasıdır.

Sahil Ağabəylinin sözlərinə görə, o ölkədə avtomobilin təmir xərci çox olduğundan sürücülər qəza zamanı nəqliyyat vasitəsini yenindən işlək vəziyyətə gətirmirlər. Maşını sığorta şirkətinə verib nağd pulunu alırlar.

Usta bildirir ki, xarici ölkələrdən sayt üzərindən avtomobil almaq olduqca risklidir. Sahil Ağabəyli məsləhət görür ki, avtomobil alarkən mümkün qədər onu görmək, ustaya yoxladıb almaq lazımdır. Əks halda 4-5 min manat ziyana düşmək ehtimalı var.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

23

Sentyabr
14:45
SİYASƏT
175

Sabahın hava proqnozu açıqlanıb

23

Sentyabr
12:59
ÖLKƏ
181

MTN generalının məhkəməsi başlayıb

23

Sentyabr
11:11
HÜQUQ,HADİSƏ
280

Sənədsiz evlərin sahiblərinə YENİ XƏBƏR - VİDEO

23

Sentyabr
10:16
İQTİSADİYYAT
342

AMB-nin valyuta məzənnələri

23

Sentyabr
09:45
İQTİSADİYYAT
285

Azərbaycana payız gəlib

23

Sentyabr
09:16
DÜNYA
360

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
427
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 19:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru