Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2021
13:32
Azərbaycan 4-cü peykini istifadəyə verə bilər

Azərbaycan sayca 4-cü peykini istifadəyə verməsi ilə bağlı araşdırmalara başlayıb.

“Azərkosmos” tərəfindən həyata keçirilən araşdırmalar yeni məsafədən müşahidə peykinin orbitə buraxılması imkanları ilə bağlıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Yer müşahidəsi sahəsində peyk xidmətlərinin davamlı olması məqsədilə bazar araşdırmaları aparılır.

“Son illərdə dünyada həm telekommunikasiya, həm də müşahidə peyklərinin sayı sürətlə artır və imkanları genişlənir. Bu da öz növbəsində Azərbaycanda müasir kosmik sənayenin trendlərini daha yaxından müşahidə etməyə imkan verir.

Hazırda “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peyklərinin resurslarının daha aktiv kommersiya məqsədilə istifadə olunması üçün fəal işlər görülür.

Eyni zamanda ölkəmizin Yer müşahidəsi sahəsində peyk xidmətlərinin davamlı olması məqsədilə bazar araşdırmaları aparılır. Bununla əlaqədar olaraq “Azərkosmos” Azərbaycanın yeni, Yerin məsafədən müşahidəsi sisteminə tələblərin formalaşdırılması üzərində işləyir.

Qeyd edək ki, hazırkı mərhələdə bu sistemin bir neçə kiçik peykdən ibarət olaraq peyk qruplaşması formasında fəaliyyət göstərməsi imkanları nəzərdən keçirilir. Aparılan araşdırmalar çərçivəsində, paralel olaraq, yeni peyklərin orbitə buraxılması ilə əlaqədar olaraq Azərbaycanda müasir peyk inteqrasiya və sınaq mərkəzinin də qurulması nəzərdə tutulur. Yeni peyklərin orbitə buraxılması məsələsi ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrində yeni iqtisadi dəyərlərin yaradılmasına xidmət etməyə və həmçinin ölkəmizin Yer müşahidəsi xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirməyə istiqamətlənib.

Qeyd edək ki, təhlükəsizlik və müdafiə sahəsində geniş istifadə olunan “Azersky” – məsafədən müşahidə peykimizin imkanları həm 44 günlük Vətən müharibəsi dövründə, həm də post-müharibə dövründə ölkəmizə böyük üstünlüklər qazandırdı”, - deyə nazirliyin açıqlamasında bildirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kinoteatrlar açıla bilər

16

Sentyabr
17:08
ÖLKƏ
206

İran AEBA-nı tənqid edib

16

Sentyabr
16:58
DÜNYA
214

Lənkəranda avtomobil aşıb, ölən və yaralanan var

16

Sentyabr
16:28
HÜQUQ,HADİSƏ
225

Husilər Yəməndə irəliləyib

16

Sentyabr
16:26
DÜNYA
216

Azərbaycanda məhkəmə hakimlərinin stajı artırılır

16

Sentyabr
14:58
HÜQUQ,HADİSƏ
260

Bakıda daha bir küçə əsaslı təmir olunub

16

Sentyabr
14:54
NƏQLİYYAT
240
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 09:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru