Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Sentyabr

2021
11:28
Azərbaycan 23 ölkə ilə idxal şərtlərini dəyişdirib

"Azərbaycan 23 ölkəyə idxal zamanı toxumların virus və bakteriya xəstəliklərindən azad olması tələbi qoyub".

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hazırda həmin ölkələrdən Azərbaycana idxal edilən əkin və səpin materialları müxtəlif virus və bakteriyalar üzrə ekspertiza olunur.

Sədrin sözlərinə görə, hazırda dünya ölkələrində bitkilər üçün zərərli olan virus və bakteriya mənşəli xəstəliklərin yayılması müşahidə edilir:

"Odur ki, bir sıra ölkələr tərəfindən idxal tələbləri sərtləşdirilir, bəzi hallarda məhsul idxalına qadağalar tətbiq edilir.

Həmçinin Pestisidlər və aqrokimyəvi maddələrə nəzarət sistemi qurulur, pestisidlər və aqrokimyəvi maddələrin dövriyyəsi və istifadəsinə qoyulan tələblər sərtləşdirilir, nəzarət gücləndirilir. Ölkədə də bu istiqamətdə zəruri tədbirlər görülür. Bitki Mühafizəsi üzrə Beynəlxalq Konvensiya çərçivəsində 23 ölkəyə Azərbaycana idxal edilən tərəvəz bitkilərinin toxumlarının virus və bakteriya xəstəliklərindən azad olması tələbi qoyulub".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kinoteatrlar açıla bilər

16

Sentyabr
17:08
ÖLKƏ
201

İran AEBA-nı tənqid edib

16

Sentyabr
16:58
DÜNYA
209

Lənkəranda avtomobil aşıb, ölən və yaralanan var

16

Sentyabr
16:28
HÜQUQ,HADİSƏ
215

Husilər Yəməndə irəliləyib

16

Sentyabr
16:26
DÜNYA
206

Azərbaycanda məhkəmə hakimlərinin stajı artırılır

16

Sentyabr
14:58
HÜQUQ,HADİSƏ
250

Bakıda daha bir küçə əsaslı təmir olunub

16

Sentyabr
14:54
NƏQLİYYAT
235
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 07:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru