Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyul

2014
13:30
Bədəninə daş bağlayaraq özünü dənizə atan şəxsin kimliyi bəlli olub

Bakıda 4 gün öncə meyiti tapılan şəxsin kimliyi bəlli olub. Səbail Rayon Polis İdarəsindən FaktXəbər-ə  verilən məlumata görə, idarənin Cinayət Axtarış Şöbəsinin və 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da dənizdən meyiti tapılan naməlum şəxsin Ermənistanın Vedi rayonunda doğulan və Bakı şəhərinin Nizami rayonunda qeydiyyatda olan 1935-ci il təvəllüdlü İbrahim İsmayıl oğlu Səfərov olduğu müəyyənləşib.

Qeyd edək ki, hadisə Şıx çimərliyində qeydə alınıb. Şəxsiyyəti məlum olmayan kişi bədəninə daş bağlayaraq intihar məqsədilə özünü dənizə atıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 09:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com