Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2019
10:42
481
Azərbaycan - Gürcüstan sərhədində yeni gömrük postu tikiləcək

Azərbaycan-Gürcüstan dövlət sərhədində inşa ediləcək yeni birgə gömrük-sərhəd buraxılış məntəqəsinin adı məlum olub.

Bunu Dövlət Gömrük Komitəsinin Gömrük Postlarına Nəzarət Baş İdarəsinin rəisi Şahin Ələsgərov bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Tbilisi şəhərində Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndələri arasında keçirilmiş işçi görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində “İpək Yolu - Abreşumis Gza” yeni birgə gömrük-sərhəd buraxılış məntəqəsinin inşasının layihələndirilməsi, həmçinin birgə gömrük nəzarətinin təşkilinə dair müzakirələr aparılıb: “Bununla əlaqədar hazırlanmış “Azərbaycan Respublikası hökuməti və Gürcüstan hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında Saziş” layihəsinin hər iki tərəfdən aidiyyəti dövlətdaxili prosedurları keçərək imzalandıqdan sonra, onun müddəalarına əsasən zəruri mexanizmin həyata keçirilməsi üçün tərəflərin ekspertlərinin iştirakı ilə müvafiq qaydaların hazırlanması barədə razılıq əldə edilib”.

O bildirib ki, aidiyyəti dövlət strukturlarından alınmış rəy və təkliflər nəzərə alınmaqla “Azərbaycan Respublikası hökuməti və Gürcüstan hökuməti arasında dövlət sərhədlərindən buraxılış məntəqələri haqqında Saziş” layihəsinin Dövlət Gömrük Komitəsində ümumiləşdirilmiş son mətni müqabil tərəfə göndərilməsi məqsədilə Azərbaycanın Xarici İşlər Nazirliyinə göndərilib.

Ş. Ələsgərov qeyd edib ki, ilkin olaraq Gürcüstanla sərhəddə yerləşən gömrük postlarının fəaliyyətində belə təcrübədən istifadə edilməsi istiqamətində müqabil tərəflə danışıqlar aparılır və imkanlar nəzərdən keçirilir. (report)

Məqalədə : Azərbaycan Gürcüstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
48

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
324

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
146

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
65

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
132

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
54
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 02:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru