Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
10:29
19326
Az bal yığdığı üçün intihar edən Pənahın film kimi həyatı... - Məktubdakı müəmma

Mayın 13-ü qəbul imtahanından çıxandan sonra gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edən 17 yaşlı Pənah Quliyevin atası Mərkəz Quliyevin ötən ay qətlə yetirildiyi məlum olub.

Onu öldürən isə öz qohumu, bacısının əri Məmmədov Eldar Mayor oğlu olub. 

Belə ki, M. Quliyev bu evlilikdən öncə də bir dəfə ailə həyatı qurub. Həmin vaxt bir oğlu olub, uşaq isə 12 yaşında xəstəlikdən vəfat edib. İkinci evliliyindən isə Pənah dünyaya gəlib. Pənahın 6 yaşı olanda Mərkəz Quliyev işləmək, pul qazanmaq üçün Rusiyaya gedib və daha geri qayıtmayıb. Bir müddət əvvəl isə Bakıda yeznesi Eldar Məmmədovun adına özü üçün mənzil alıb. 

Bütün bunları “Qafqazinfo”ya P.Quliyevin dayısı Nurlan Bayramov təsdiqləyib. O bildirib ki, E.Məmmədov daha sonra Mərkəzdən külli miqdarda borc pul alıb. 

M.Quliyev bir müddət əvvəl isə Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Yeznəsi isə ona şərt qoyub: əgər ona olan borcunu tam silərsə, evi geri qaytaracaq. Bir ara mübahisədən sonra Mərkəz onunla razılaşır və aprelin əvvəlində ikisi də sənədlərini götürərək Binəqədi rayon Məhkəməsinə yola düşüblər. Məhkəmə binasına yaxınlaşanda Eldar Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan Mərkəz Quliyevin başından zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. N.Bayramovun sözlərinə görə, E.Məmmədov yerdə uzanılı vəziyyətdə olan M.Quliyevə daha 9 zərbə endirib. Bundan sonra yaxındakı adamların köməkliyi ilə M.Quliyev xəstəxanaya yerləşdirilib.

Bu hadisələr baş verərkən isə Pənah hələ də atasını görə bilməmişdi. M.Quliyev Rusiyadan qayıtsa da “Pənahın qarşısına çıxmağa üzüm yoxdur” deyib və onunla görüşə bilməyib. Atası xəstəxanaya yerləşdirildikdən sonra bu barədə Pənaha məlumat verilib və o, 11 ildən sonra atasını ilk dəfə komada görə bilib. Bir neçə gün sonra, aprelin 17-də M.Quliyev komadan ayılmayaraq vəfat edib. 

M.Quliyevin yeznəsi Eldarın adına aldığı mənzilin qiyməti təxminən 120-130 min manat olub. Onlar sonuncu məhkəmə prosesində iştirak edə bilmədikləri üçün ev yenə də Eldarın adında qalıb. Bu dəfə məhkəmədən ailəyə bildirilib ki, M.Quliyevin birinci oğlu vəfat etdiyi üçün Pənah yeganə varisdir. Bu dəfə isə ailəyə Pənahın 18 yaşı tamam olmadığı üçün ona vəkil tutmaq və bu yolla evi öz adına keçirməsi məsləhət görülüb. Lakin imtahan günü Pənahın intiharı bu işi də yarımçıq qoyub. 

17 yaşında həyatına qəsd edən P.Quliyevin son sözü də bu evlərlə bağlı olub: “Evlərin hamısını anama verirəm, ƏGƏR QALSA”.

Məqalədə : Pənah Quliyev 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 08:02



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com