
COVID-19 koronavirus pandemiyasının başlandığı müddətdən ilk dəfə olaraq “Azərbaycan Hava Yolları” QSC (AZAL) 18 iyun tarixindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm daxili reysləri bərpa edir.
AZAL-dan FaktXəbər-ə verilən məlumata görə, qeyd edilən reyslərə 2-ci Terminalda xidmət göstərilir.
Uçuşa yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) üçün müayinədən keçən və mənfi nəticə əldə edən sərnişinlər buraxılır. Müayinə uçuşdan ən gec 48 saat əvvəl aparılmalıdır.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar, sərnişinləri yola salan vətəndaşların aerovağzal ərazisində toplaşması qadağandır.
Reyslər həftədə iki dəfə – çərşənbə axşamı və cümə axşamı günləri yerinə yetiriləcək. Aviabiletin dəyərinə 23 kq çəkidə baqaj daxildir. Kişi portfeli və ya qadın çantası istisna olmaqla, əl yükü, o cümlədən “Duty free” mağazalarından alınan əşyaların daşınması qadağandır.
Cari şərtlərə uyğun olaraq, Bakı-Naxçıvan-Bakı reyslərinə aviabilet satışı Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi tərəfindən təqdim olunmuş sərnişinlərin siyahısına əsasən həyata keçirilir. Təsdiq edilmiş siyahı daxil olduqdan sonra aviaşirkətin çağırış mərkəzi sərnişinlərlə əlaqə yaradaraq aviabiletin dəyərinin ödənilməsi qaydasını izah edir.
Reyslərdə yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, AZAL ilk növbədə təcili uçuşa ehtiyacı olan sərnişinlərin aviabilet almaq üçün müraciət etmələrini tövsiyə edir.
Daha əvvəl xəbər verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən uçuşlarda həm uçuş və çıxış hava limanında, həm də hava gəmisində xüsusi qaydalar tətbiq ediləcək.

ABŞ-da polis növbəti dəfə qaradərilini öldürüb: İnsanlar ayağa qalxdı
12
Aprel
İranın danışıqlarda şərti dondurulmuş 40 milyard dollarının sərbəst buraxılmasıdır
12
Aprel
BVF: Azərbaycanın neft ÜDM-i bu il 0,2%, qeyri-neft ÜDM-i isə 3,5% artacaq
12
Aprel09-04-2021 09:43 ABŞ müdafiə xərclərini azaldır
01-06-2020 13:11 Deputat cərimənin məbləğinin azaldılmasını təklif etdi
29-02-2020 17:35 AZAL Tehrana uçuşları dayandırır
29-02-2020 15:10 "Azərbaycan Hava Yolları" reyslərə bir sıra məhdudiyyətlər tətbiq edir
10-02-2020 14:12 “Buta Airways”in təyyarəsi məcburi eniş etdi
28-01-2020 10:47 AZAL-dan Çinə getmək istəyən sərnişinlərə müraciət
- 12-04-2021 11:14 DSMF: Pensiyalar aprelin 15-i tam ödəniləcək
- 12-04-2021 10:35 Milli Konservatoriyada COVID-ə görə əyani dərslər dayandırılıb
- 12-04-2021 09:58 Hadı Rəcəblinin restoranında toy məclisi təşkil edilib, saxlanılanlar var
- 10-04-2021 12:33 Bazar günü Bakıda yağış yağacaq, külək əsəcək
- 10-04-2021 12:31 Nazir polkovnik-leytenantı xidmətdən qovdu
- 10-04-2021 10:56 Dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 700-ü ötüb
- 09-04-2021 16:40 Son sutkada nə qədər adam yoluxub?
- 09-04-2021 15:53 Sabah küçəyə çıxmamaq tövsiyə olunur
- 09-04-2021 15:23 Ramazan ayı ilə bağlı fətva verildi
- 09-04-2021 14:19 Prezident ona general-mayor rütbəsi verdi
- 09-04-2021 14:11 Sabaha olan hava proqnozu açıqlandı
- 09-04-2021 12:59 Müddətsiz əlillik hansı hallarda verilir? - Nazir açıqladı
- 09-04-2021 12:50 İranda koronavirusa görə bütün sahələr 10 günlük bağlanır
- 09-04-2021 12:36 Azad olunmuş ərazilərdə modul tipli yataqxanalar quraşdırılır - VİDEO
- 09-04-2021 12:17 Şəhid ailələrinə 11 min mənzil veriləcək - RƏSMİ
- 09-04-2021 10:59 Bakıda yol çökdü: “Azərsu” ASC hərəkətə keçdi
- 09-04-2021 10:48 Son 3 ayda yol qəzalarında ölən piyadaların sayı açıqlandı
- 09-04-2021 10:20 “Media haqqında qanun” layihəsi üzərində iş yekunlaşır
- 08-04-2021 16:38 Səhiyyə Nazirliyi aptekləri cərimələdi - SİYAHI
- 08-04-2021 16:30 "Zamanla bütün ölkədə peyvəndləməni TƏBİB həyata keçirəcək"
- 08-04-2021 15:15 Ermənistanla dövlət sərhədində yeni hərbi hissə fəaliyyətə başlayıb
- 08-04-2021 14:45 Bakı metrosunda gediş haqqının ödənilməsində yenilik gözlənilir - RƏSMİ
- 08-04-2021 13:19 Sabahın hava proqnozu açıqlandı
- 08-04-2021 12:07 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib
- 08-04-2021 11:38 Azad olunan ərazilərdə xidmət edən hərbçilərlə görüşlər keçirilir