Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2019
11:19
AZAL iPhone və Android üçün mobil əlavəni təqdim edib

Azərbaycanın milli aviadaşıyıcısı – AZAL aviaşirkəti iOS (9.0 və daha yüksək versiyalar) və Android (5.0 və daha yüksək versiyalar) əməliyyat sistemi bazasında çalışan smartfonlar üçün öz mobil əlavəsini təqdim edib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, istifadəçilər üçün rahat interfeysə malik mobil əlavə smartfon sahiblərinə kod-şerinq sazişi əsasında digər aviaşirkətlərlə birlikdə yerinə yetirilən uçuşlar da daxil olmaqla bütün istiqamətlər üzrə aviabiletləri əldə etməyə imkan verəcək.

Artıq aviabilet almış sərnişinlər bronu idarə edə, əlavə baqaj ala bilər, təyyarədə yemək və oturacaq seçə, həmçinin uçuşdan 24 saat əvvəl açılan onlayn qeydiyyatdan keçə bilərlər. iPhone istifadəçiləri minik talonunu “Apple Wallet” elektron cüzdanına əlavə edə biləcəklər.

Mobil əlavə üç dildə – azərbaycan, rus və ingilis dillərində təqdim edilir və həmçinin aviaşirkətin dəstək xidmətinə onlayn müraciət etməyə imkan verir. Məlumat bölməsində aviaşirkətin baqajın daşınması, tariflər və “AZAL Miles” proqramının əsas qaydaları təqdim olunub.

Qeyd edək ki, hazırda “AZAL Miles” bonus proqramının üzvləri üçün mobil əlavə də mövcuddur. İstifadəçilərin rahatlığı üçün gələcəkdə hər iki əlavənin funksionallığının birləşdirilməsi planlaşdırılır.

Pulsuz AZAL mobil əlavəsini “App Store” və “Google Play” dən yükləmək mümkündür.

Məqalədə : Apple Android AZAL 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
528

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
363

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
338

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
320

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
312

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
403
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2020 14:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru