Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2021
09:48
Ayətullah Xamenei Zərifin qalmqallı səs yazısına münasibət bildirib

İranın Ali lideri Ayətullah Xamenei ötən gün canlı yayımda xalqa müraciətində XİN rəhbəri Zərifin qalmaqallı müsahibədə dediklərinə irad bildirib:

“Ölkəmizdə xarici siyasəti ölkə rəsmiləri Milli Təhlükəsizlik Ali Şurasında təyin edir. Xarici İşlər Nazirliyi də öz metodları ilə bunu icra etməlidir. Xarici İşlər Nazirliyi bu siyasətin müəyyənləşdirilməsində iştirak edə bilər, amma həlledici qərar vermir. Xarici İşlər Nazirliyi icra edəndir. Elə danışmaq lazımdır ki, o danışıqdan ölkənin siyasətini qəbul etməmək anlaşılmasın və düşmənlər deyilən bu məsələlərdən sevinməsinlər. Bəzi məmurlardan təəccüb və təəssüf doğuran sözlər eşitdik. Təssüf ki, bu cür bəyanatlar İrandakı düşmən və müxalifət mediası tərəfindən yayılır”

Həmçinin Ayətullah Xamenei onu da vurğulayıb ki, vaxtilə mərhum Qasim Süleymaninin rəhbərlik etdiyi Qüds korpusu ölkəyə böyük xidmət göstərib və ölkənin xarici siyasətinin passiv olmasına imkan verməyib:

"Qüds qüvvələri Qərbi Asiyada passiv diplomatiyanın qarşısını alan ən təsirli amildir. Qərbi Asiya bölgəsindəki Qüds qüvvələri İranın müstəqil və dürüst siyasətini həyata keçirir".

Qeyd edək ki, Cavad Zərifin İranın Prezident Administrasiyasının Strateji Araşdırmalar Mərkəzinə veridyi müüsahibəsini Səudiyyə Ərəbistanın maliyyələşdirdiyi “İran İnternational” telekanalı əldə etmişdi. İrana rəsmiləri sözügedən müsahibənin oğurlandığını bildiriblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
497

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
388

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
401

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
667

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
492
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 03:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru