Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2021
14:11
Ayətullah Xamenei prezident seçkiləri ilə bağlı İran xalqına çağırış etdi

İranın Ali Lideri Ayətullah Seyyid Əli Xamenei ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı İran xalqına müraciət edib.

“Seçkilərə qatılmağın faydasız olduğunu deyən və ora getməməyi çağıranlara fikir verməyin. Onlar millətə ürək yandırmır. Əziz İran xalqı bilməlidir ki, seçkilər bir gün olsa da, təsiri illərlə qalır. Seçkiləri özünüzə aid bilin. Allahdan diləyin ki, sizi ən layiqlisini seçməyə istiqamətləndirsin”, - Ayətullah Xamenei bu gün ölkə parlamentinin üzvləri qarşısında videokonfrans formatında çıxışı zamanı bildirib

Həmçinin son günlərdə Nəzarət Şurası tərəfindən namizədlərin seçkilərə qatılmaq səlahiyyətlərinin araşdırılması və bu istiqamətdə görünən tədbirlərə toxunan ali lider vətəndaşlardan seçkiləri gözdən salanlara fikir verməməyi istəyib.

Bundan əlavə, Ayətullah Xamenei namizədliyi qəbul eidlməyənlərə Şuranın qərarlarına hörmət göstərdikləri üçün təşəkkür edərək, dolayısı yolla qurumun qərarını dəstəkləyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
645
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 17:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru