Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2021
11:27
Ayətullah Xameneinin Fələstinin sionist rejimlə 12 günlük müharibədə qələbəsi münasibətilə mesajı

Ali  Rəhbər  Ayətullah Seyid Əli Xamenei Fələstin müqavimət qüvvələrinin  Sionist rejimlə 12  günlük müharibədə qələbəsi  münasibətilə mesajı

Ali Rəhbərin  bəyanatında bildirilir:

"Bismillahir-Rəhmanir-Rəhim.  Qüdrətli və məzlum Fələstinə salam olsun; Qeyrətli və qorxmaz Fələstin gənclərinə  salam olsun; Qəhrəmanlıq və müqavimət göstərən Qəzzaya salam olsun, HƏMAS-a, cihad və Fələstinin bütün siyasi və mübarizə qruplarına salam olsun.

Fələstinli mücahidlərə izzət və yardımları üçün qadir və əziz Allaha təşəkkür edirəm.  Mütəal  Allahdan şəhid ailələrinə  aramlıq və arxayınlıq,  şəhidlər üçün rəhmət və müjdə, yaralılar üçün şifa diləyir və cinayətkar Sionist rejimi üzərindəki qələbə münasibətilə təbrik deyirəm.

Bu bir neçə günlük sınaq Fələstin xalqını başıuca etdi. Vəhşi və canavar xislətli düşmən vahid Fələstinin qiyamı qarşısında gücsüzdür. Qüds, Qərb sahilinin Qəzza, 1948-ci ildə işğal olunmuş  ərazilər və qaçqın düşərgələri ilə əməkdaşlıq sınağı   fələstinlilər üçün gələcək çıxış yolunu göstərdi.

Bu 12 gündə zülmkar rejim, xüsusən, Qəzzada böyük cinayətlər törətdi və əmələn sübut etdi ki,  Fələstinin birgə qiyamının qarşısında gücsüz olduğu üçün bu kimi dəlicəsinə və alçaqcasına hərəkətlərə yol verərək dünya ictimaiyyətinin düşüncəsini özünə qarşı qaldırır, özünə və öz arxasında dayanan qərb dövlətlərinə, xüsusi ilə, cinayətkar Amerikaya qarşı daha çox nifrət yaradır.

 Cinayətlərin davamı və atəşkəs tələbi - hər ikisi onun məğlubiyyətinin göstəricisidir. O (işğalçı İsrail), məğlubiyyəti qəbul etməyə məcbur oldu.  Xəbis rejim bundan da zəif olacaq.  Fələstinli gənclərin hazırlığı, bütün mübarizə qruplarının güc nümayişi, davamlı güc göstəriciləri Fələstini günbəgün daha da güclü, qəsbkar düşməni  isə gücsüz və zəif edəcək.

Qarşıdurmaların başlanma və dayandırma vaxtı Fələstinin siyasi və mübarizə elitasının  təyinindən asılıdır.  Lakin hazırlıqlar və səhnədə güclü iştirak  heç vaxt dayandırılmamalıdır. Muzdur qəsəbə sakinləri və hegemon rejim qarşısında müqavimət üçün "Şeyx Cərrah" bölgəsindəki təcrübə  Fələstinin qeyrətli xalqının həmişəlik  təlimatı olmalıdır.  Şeyx Cərrah bölgəsinin comərd əhalisinə salam göndərirəm.

İslam dünyası Fələstin məsələsində tamamilə məsuliyyət daşıyır və bu, onların dini vəzifəsidir.  Siyasi təfəkkür və hakimiyyət təcrübələri də bu şəri hökmü təsdiqləyir və ona təkid edir. Müsəlman dövlətləri istər hərbi gücləndirmədə, istər keçmişdə olduğundan daha çox günümüzdə ehtiyac duyulan maddi dəstəkdə, istərsə də Qəzzadakı dağıntıların və infrastrukturun yenidən qurulmasında Fələstin xalqını dəstəkləməkdə sədaqətlə meydana gəlməlidirlər.

Bu dini və siyasi istəyi xalqlar da dəstəkləməli və tələb etməlidir. Müsəlman xalqlar bu vəzifəni yerinə yetirməyi öz dövlətlərindən tələb etməlidir.  Xalqlar özü  də  imkan daxilində siyasi və maliyyə baxımdan yardım etməyə borcludurlar.

 Digər bir vacib öhdəlik isə terrorçu və qəddar Sionist hökumətinin cəzalandırılmasını təmin etməkdir. Bütün ayıq vicdanlar bu 12 gündə fələstinli uşaqları və qadınları öldürmək kimi ağır cinayətin cəzasız qalmamalı olduğunu qəbul edirlər. Rejimin bütün nüfuzlu ünsürləri və şəxsən cinayətkar Netanyahu beynəlxalq və müstəqil məhkəmələr tərəfindən mühakimə olunmalı və cəzalandırılmalıdır. Bu, Allahın qüdrəti sayəsində gerçəkləşəcək və Allah Öz işində qalibdir!

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
635

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
915
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 16:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru