Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2021
12:31
Ayətullah Xamenei namizədlərə: `Xalqa əməl edə bilməyəcəyiniz vədləri verməyin! Günahdır!`

İranın Ali Lideri Ayətullah Xamenei bu gün İmam Xomeyninin vəfatının 32-ci ildönümü ilə bağlı canlı yayımda çıxış edib. 

Bu barədə Mehr agentliyi məlumat yayıb. 

İmam Xomeyninin İslam İnqilabı kimi ən mühüm təşəbbüsündən danışan Ali Lider iyun ayında İranda keçiriləcək prezident seçkilərində iştirak edəcək seçicilərə müraciət edib: 

"Bəziləri deyir ki, biz müxtəlif dövrlərdə kiməsə şövqnən səs verdik, lakin sonradan bu iş narahatçılığa səbəb oldu. Ona görə, ümumiyyətlə seçkilərdə iştirak etməsək yaxşıdır. Bu kimi sözlər bizi seçkilərəda iştirak etməkdən soyutmamalıdır. Əgər işdə səmərəsizlik varsa bunu seçkilərdə iştirak etməməklə deyil, yaxşı seçimlə kompensasiya edək"

Həmçinin Ayətullah Xamenei prezidentliyə namizədlərə səslənərək, onlara xəbərdarlıq edib:

"Mən təkid edirəm ki, vədlərə, sözlərə yəqin etmək olmur. Eləcə nüvə məsələsində də deyirəm ki, vədlərə etibar etmək olmaz. Namizədlərdən gözləntim budur ki, əməl edə bilməyəcəkləri vədləri verməsinlər. Bu cür vədlər ölkənin zərərinədir. Niyə? Çünki prezidentliyə seçildikdən sonra verdiyiniz vədlərə əməl edə bilməsəz, xalqı seçkilərə qarşı soyudarsız. Ona görə, əməl edə bilməyəcəyiniz və nəticədə xalqı seçkilərə qarşı soyudan vədləri vermək caiz deyil və günahdır. Hörmətli namizədlərdən başqa bir gözləntim də budur ki, etiqad bəsləmədiyi şuarları verməsin. Tanıdığımız və bildiyimiz bəzi kəslər bəlkə də ürəklərində etiqad bəsləmədiyi şüarlar səsləndirirlər. Bu düzgün iş deyil. Mən ötən həftə parlament nümayəndələri ilə danışdım və onlara dedim ki, nüfüzlü söz sahibləri xalqı seçkilərdə iştirak etməyə çağırsın. Bu bir vəzifədir. Bu iş görülməlidir ".

Bundan əlavə, Ayətullah Xamenei İslam İnqilabının “yıxılacağı” ilə bağlı son 40 ildə səsləndirilən fikirlərə də münasibət bildirib: 

"İslam Respublikasının yıxılıb aradan gedəcəyi barədə eşitdiyimiz fikirləri heç bir rejim və hökumət barədə eşitməmişik. Qırx ildir ki, bu ya gələn ay aradan gedəcək, deyib vəd verirlər. Sonuncusu isə ABŞ-ın yüksək rəsmisi tərəfindən deyilmişdi və bildirilmişdi ki, İran İslam Respublikası 40 illiyini görməyəcək.... İslam Respublikası İmam Xomeyninin yaradıcı və kreativ bir məhsulu idi. İslam və Respublika onun iki əsas təməlidir".

Məqalədə : Ayətullah Xamenei 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda yeni Nəbatat bağı salınacaq

22

İyun
16:53
ÖLKƏ
612

Köçəryan seçkilərə etiraz edəcək

22

İyun
15:33
DÜNYA
603

Kəlbəcərə 24,5 milyon manat ayrıldı - SƏRƏNCAM

22

İyun
15:13
İQTİSADİYYAT
613

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

22

İyun
11:59
İQTİSADİYYAT
547

Milli Məclisin iclası başlayıb

22

İyun
11:27
HÜQUQ,HADİSƏ
618

Reuters İranın neftindən yazdı

22

İyun
11:22
DÜNYA
633
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2021 09:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru