Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2021
15:15
Ayətullah Xamenei Fələstininin müqavimət qruplarına: `Son qələbəni görəcəksiniz`

İranın Ali lideri Seyyid Əli Xamenei Fələstinin müqavimət qruplarının liderlərinin məktubuna cavab ünvanlayıb. 

Mehr agentliyinin məlumatına görə, Ayətullah Xamenei  müqavimət qruplarının liderlərindən aldığı məktublara cavabında bildirib: “Fələstini işğalçılarına qarşı mübarizə,  zülm, küfr və hegemoniya qarşısında dayanmaq deməkdir. Bu mübarizə səhnəsində könüllərimiz hər zaman sizinlədir və qələbənizin davamlı olması üçün dua edəcəyik. Siz son qələbənizi görəcəksiniz”

Həmçinin İranın Ali lideri müqəddəs torpaqların işğalçılardan təmizlənəcəyinə əmin olduğunu xüsusilə qeyd ediblər.

Qeyd edək ki, Fələstinin müxtəlif müqavimət qruplarının liderləri ayrı-ayrılıqda İranın Ali lideri Seyyid Əli Xameneiyə məktub ünvanlayaraq ona builki Beynəlxalq Qüds Günü göstərdiyi mövqeyinə görə təşəkkür ediblər.

Fələstinin müqavimət hərəkatlarının liderlərinin ünvanladığı bu məktublarda İran İslam Respublikası və Ayətullah Xameneinin Fələstin xalqının müqavimətini dəstəkləməsi, İsraili rəsmi olaraq tanımaması və Qüdsü azad olacağı vaxta qədər müqavimət yolunun davam edəcəyini vurğulamasına görə təşəkkür sözləri yer alıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
600

AMB-nin valyuta məzənnələri

25

İyun
09:14
İQTİSADİYYAT
640

Sabah 43 dərəcə isti olacaq

24

İyun
12:52
ÖLKƏ
741
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 10:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru