Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2019
14:35
2092
Ayətullah Xamenei: Trampa heç bir cavabım yoxdur, olmayacaq da

İran İslam Respublikasında səfərdə olan Yaponiyanın baş naziri Şinzo Abe Ali lider Ayətullah Xamenei ilə görüşüb.

FaktXəbər-in İran mediasına istinadən məlumatına görə, görüşün zamanı Ş.Abe ABŞ prezidenti Donald Trampın mesajını çatdırmaq istəyini açıqlayıb. Amma Ali lider, “sizin xoşməramlı və ciddi niyyətinizə heç bir şübhəmiz yoxdur. Amma Trampı mesaj mübadiləsi etməyə layiq bilmirəm və ona heç bir cavabım yoxdur, olmayacaq da”, - deyə bildirib:

"ABŞ-a etimad etmirik və bu ölkə ilə Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öncəki müzakirələrin acı  təcrübəsi heç vaxt təkrar olmayacaq. Çünki heç bir azad və ağıllı xalq təzyiqlər altında müzakirəni qəbul etməz."  

Ayətullah Xamenei Yaponiya baş nazirinin, “Tramp mənə deyib ki, ABŞ İranda rejimi dəyişmək niyyətində deyil”, - sözlərinə cavab olaraq, "İranın ABŞ-la problemi rejimin dəyişməsi məsələsi deyil. Onların belə bir niyyəti olsa belə, icra etməkdə acizdirlər. Necə ki, ABŞ-ın öncəki prezidentləri ötən 40 il ərzində İran İslam Respublikasını məhv etmək üçün çalışdılar lakin bacarmadılar. Trampın "rejimi dəyişməmək" haqqında dedikləri bir yalandır. Əgər bu işi etmək iqtidarında olsaydı, görərdi, lakin edə bilmir. İran İslam Respublikası ABŞ və Avropa ölkələri ilə  nüvə mövzusunu müzakirə apardı və nəticə də əldə etdi. Lakin ABŞ  bu razılığı pozdu, öhdəliyini yerinə yetirmədi. Hansı ağıllı şəxs bütün sazişləri pozub və verdiyi sözləri yerinə yetirməyən bir ölkə ilə yenidən müzakirə aparar”,  söyləyib.

Ayətullah Xamenei Yaponiya baş nazirinin, “ABŞ İranla sədaqətli müzakirə aparmağa hazırdır” sözünə münasibət bildirərkən deyib ki, bu sözə inanmır: “Sədaqətli müzakirə Tramp kimi bir şəxs tərəfindən aparıla bilməz. ABŞ rəsmiləri arasında sədaqət çox da tapılmır. ABŞ prezidenti bir neçə gün öncə sizinlə görüşdü və İran haqqında danışdı. Lakin Yaponiyadan qayıtdıqdan sonra dərhal İranın neft-kimya sənayesinə qarşı sanksiya tətbiq etdi.  Sizcə budurmu sədaqətin mesajı? Bu göstərir ki, onun sədaqətli müzakirə aparmaq niyyəti var? ABŞ-la  son bir neçə ilin acı müzakirə təcrübəsi yenidən təkrarlamayacayıq."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1598

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2686

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1049

Sabahın havası - İstilər davam edir

25

İyun
13:51
ÖLKƏ
1082

Günün qarşılaşmaları TV AFİŞA

25

İyun
12:50
İDMAN
1520

Dünən Bakıda 16 nəfəri gün vurub

25

İyun
12:18
ÖLKƏ
1082

İsrail Qəzzanı işıqsız qoydu

25

İyun
11:45
DÜNYA
169
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 16:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru