Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2021
11:31
Ayətullah Məkarim Şirazi Fələstinlə bağlı bəyanat yaydı

İranın böyük mərcəyi-təqlid alimlərindən olan Ayətullahil-üzma Məkarim Şirazi  İsrailin Fələstinə qarşı törətdiyi cinayətləri ilə bağlı bəyanat yayıb. 

Yerli mətbuat xəbər verir ki, bəyanatda deyilir: 

"Sionist rejimi beynəlxalq birliyi, Təhlükəsizlik Şurası və digər insan haqları müdafiəçilərinin sükütu nəticəsində, günahsız fələstinli kişiləri, qadınları və uşaqları öldürərək vəhşiliyini nümayiş etdirdi. Sionist rejimin cinayətlərini qınayıram. Həmçinin şəhid ailələrinə, yaralılara və məcburi köçkünlərə  həmdərd olduğumu bildirərək, cəsur fələstinli döyüşçülərin müqəddəs Qüdsü sionist işğalından azad etmək səylərini alqışlayıram".

Qeyd edək ki, İsrail Qəzzaya qarşı endirdiyi aviazərbələr nəticəsində 65-i uşaq olmaqla 230-dan çox fələstinli həlak olub, yüzlərlə insan yaralanıb. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
190

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
635

AMB-nin valyuta məzənnələri

25

İyun
09:14
İQTİSADİYYAT
675
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 11:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru