Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2019
15:39
361
Ayna Sultanova parkında görülən işlər və açılış tarixi bəlli oldu

Ayna Sultanova parkı noyabr ayının sonları, dekabrın əvvəli sakinlərin istifadəsinə veriləcək.

FaktXəbər bildirir ki, bunu Trend-ə olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Kənan Kərimov bildirib. Onun sözlərinə görə, parkın rəsmi açılışı da nəzərdə tutulub:

“Ayna Sultanova parkında tam olaraq yenidənqurma işləri aparılır. Park uzun zamandır bağlı olduğuna görə, yabanı kol koslar çox idi. Artıq bütün ərazi təmizlənib, yeni yaşıl zolaqlar, ağaclar və bəzəkli kollar əkilib. Sakinlərin tam rahatlığı üçün yeni söhbətgahlar, oturacaqlar və müasir işıq dirəkləri quraşdırılıb. Uşaqların vaxtı maraqlı keçirməsi üçün də ərazi ayrılıb”.

K.Kərimov parkdakı Ayna Sultanova heykəlinin aqibəti barədə də danışıb:

“Heykəl olduğu yerində qalmaqdadır, sadəcə onun üzərində bəzi restavrasiya işləri aparılacaq. Heykəlin üzü çirkdən təmizlənərək ağardılacaq və laklanacaq. Onun yerinin dəyişdirilməsi barə də isə hələlik söhbət yoxdur”.

Baş məsləhətçi qeyd edib ki, parkın açılış günündə rəsmi qurumların nümayəndələri və ictimai-fəal insanların iştirakı nəzərdə tutulub.

Məqalədə : Ayna Sultanova park 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
47

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
317

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
143

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
63

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
131

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
53
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 01:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru