Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 May

2019
10:28
549
Çaylarda suyun səviyyəsi artıb

Çaylarda sululuq səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ötən günlər ərzində yağan yağış, bəzi yerlərdə lokal leysan xarakterli olması nəticəsində əksər çaylarda sululuq artıb, Gorançay çayında isə qısamüddətli daşqın qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 80, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az olmaqla 60-70, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla 70-120 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, mayın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 435 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 63 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 297 m3/s olmaqla, ongünlük normadan az olub.

Mayın 27-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 64 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 95 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 322 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 96 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 201 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, mayın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 477 sm təşkil edib. Bu rəqəm 2018-ci il mayın 27-də isə 322 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 259 sm qeydə alınıb. 2018-ci il mayın 27-də isə bu rəqəm 139 sm təşkil edib. Salyanda suyun səviyyəsi 10 sm artıb və 235 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 61 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 221 sm olub və bu göstərici 2018-ci il mayın 27-də 219 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 sm artaraq 240 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il mayın 27-də isə 30 sm təşkil edib.

Məqalədə : çaylarda 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
107

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
83

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
94

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
72

"Facebook"da yeni funksiya

21

Avqust
11:03
MARAQLIDIR
104
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 15:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru