Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2019
10:25
465
Aya sərt eniş edən `Vikram` modulu ilə əlaqə itib-VİDEO

Hindistanın "Chandrayan-2" Ay missiyasının "Vikram" eniş modulu, ehtimal ki, Yerin təbii peykinin səthinə sərt eniş edib. Cihazla əlaqə hələ bərpa olunmayıb. FaktXeber.com-un NDTV-yə istinadla verdiyi məlumata görə, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının yüksək səviyyəli nümayəndəsi Milsdami Annadurai jurnalistlərə verdiyi açıqlamada bəyan edib.

Şənbə günü Hindistan vaxtı ilə səhər çağı "Vikram" ayın səthinə idarə olunan eniş etməli idi. Ay aparatında eniş normal olub, lakin 2,1 km yüksəklikdə nasazlıq yaranıb və yoldan sapma baş verib. Baş verənlərin təfərrüatları hələ də bəlli deyil. Sonra "Vikram"ın komanda məntəqəsi ilə əlaqəsi itib.

"Ayın səthdə eniş modulunu tapdıqdan sonra, onunla əlaqə qurmalıyıq. Məlumatlara görə cihazın yerləşdiyi ərazinin təbiəti, yumşaq eniş haqqında danışmağa imkan vermir. Bundan əlavə bəzi hallar modulla yenidən əlaqə yaratmağımıza mane olur", - deyə Annadurai bildirib.

Annadurainin sözlərinə görə, hazırda orbital modul "Vikram"a siqnal göndərməyə davam edir, ancaq alınan zərərin xarakterinə görə aparatın onları qəbul etməsinə icazə verib-verməyəcəyi hələ müəyyənləşməyib.

  • "Vikram" eniş aparatı Ayın səthinə çəkisi təxminən 27 kiloqram olan altı təkərli "Pragyan" roverini təslim etməli idi. Roverin orda bir ay günü (təqribən 14 Yer günü) işləyəcəyi, Ay səthinin mineraloji və elementar tərkibini öyrənəcəyi və yerli seysmik fəaliyyətini qeyd edəcəyi güman edilirdi.

Tamamilə Hindistan istehsalı olan "Chandrayan-2" layihəsinin dəyəri təxminən 125 milyon dollar təşkil edib. Müvəffəq olsaydı, Hindistan dünyanın təbii peykinin səthinə yumşaq bir şəkildə enən dünyanın dördüncü ölkəsi (SSRİ, ABŞ və Çindən sonra) olardı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
176

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
198

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
359

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
201

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
255
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 00:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru