Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2021
15:33
Avtomobillərdə maskadan istifadə ilə bağlı rəsmi açıqlama

"Bu gündən Azərbaycanda açıq havada maska taxmaq məcburiyyəti ləğv edilib, amma bu qərar qapalı məkanlara, o cümlədən ictimai nəqliyyata aid deyil".

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev deyib.

O, hərəkət iştirakçılarına müraciət edib: "Açıq havada maska taxmaq məcburiyyətinin ləğv edilməsi o demək deyil ki, ictimai nəqliyyatda və şəxsi avtomobillərdə maska taxmamaq olar. İctimai nəqliyyatdan və taksi xidmətlərindən yararlanan insanlar tibbi maskadan mütləq istifadə etməlidir".

"Şəxsi nəqliyyat vasitələrinə gəlincə isə sürücü avtomobildə tək və ya ailə üzvləri ilə birgə gedirsə, maskadan istifadə etməyə bilər. Lakin avtomobildə digər şəxslər olduqda həm sürücü, həm də sərnişin tibbi maskadan mütləq istifadə etməlidir. Əks halda İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilir", - şöbə rəisi qeyd edib.

Məqalədə : maska 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
180

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
291

Azərbaycan nefti ucuzlaşıb

18

İyun
10:57
İQTİSADİYYAT
285

İranda prezident seçkiləri keçirilir

18

İyun
09:43
DÜNYA
275

Neftin ucuzlaşması davam edir

18

İyun
09:22
İQTİSADİYYAT
297
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2021 05:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru