Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2021
16:54
Avqustda işıqpulu çox yazılıb? - `Azərişıq`dan iddialara cavab

Avqustda işıqpulunun digər aylarla müqayisədə həddən artıq çox yazılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb. Bəzi vətəndaşlar iddia edirlər ki, əvvəlki aylarda da kondisionerdən istifadə olunub, lakin son ayda enerji sərfiyyatı həddən artıq çox yazılıb.

Məsələ ilə əlaqədar "Azərişıq" ASC-dən Trend-ə bildirilib ki, avqust ayında enerji istehlakı ötən aylarla müqayisədə xeyli çox olub və vətəndaşlara iddia edildiyi kimi artıq sərfiyyat yazılması mümkün deyil:

"Açıqlanan rəsmi rəqəmlərə görə, bu ilin avqustunda enerji istehlakı 2,03 mlrd. kVt.s təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 1,53 mlrd. kVt.s olmuşdu. Eyni zamanda, cari ilin avqust ayı üzrə enerji sərfiyyatı son 5 ilin də ən yüksək gösəricisidir.

Bundan başqa, həmin ay enerji göstəricisinə tələbat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik ortalama olaraq 16,1 milyon kVt.s artıb.

Avqust ayının 10-u elektrik enerjisinin günlük tələbatı “Azərişıq” ASC üzrə 72,2 milyon kVt.s qeydə alınıb ki, bu da elektroenergetika tarixində rekord göstərici olub.

Qeyd edək ki, bəzən ayrı-ayrı şəxslərə astronomik elektrik sərfiyyatı yazılması halları da müşahidə olunur. Sosial şəbəkələrdə paylaşılan qəbzlərdən görünür ki, hansısa vətəndaşa yanlışlıqla 1000-2000 manat civarında işıqpulu yazılıb.

Bu məsələyə gəlincə isə qurumdan bildirib ki, bəzən belə hallara rast gəlinir. Bu halda həmin vətəndaş məsələni aydınlaşdırmaq üçün "Azərişıq" ASC-yə müraciət edə bilər.

Xatırladaq ki, "Azərişıq" ASC avqust ayı üçün öncədən verilən açıqlamada abonentlərə enerji sərfiyyatının çox olması barədə xəbərdarlıq edib.

Bildirilib ki, soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur, bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır. Bu baxımdan, istehlak edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında, yəni avqust üzrə təqdim olunan bildirişlərdə öz əksini tapacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMB-nin valyuta məzənnələri

22

Sentyabr
09:25
İQTİSADİYYAT
155

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

21

Sentyabr
14:00
İQTİSADİYYAT
275

DYP sürücü valideynlərə müraciət edib

21

Sentyabr
13:37
NƏQLİYYAT
306

ABŞ və Britaniya İrana çağırış etdi

21

Sentyabr
12:51
DÜNYA
316

İran ABŞ-a çağırış etdi

21

Sentyabr
12:20
DÜNYA
352
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 09:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru