Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2019
12:57
3438
Avakov Poroşenkonu seçicilərə rüşvət verməkdə ittiham edib

Ukraynanın daxili işlər naziri Arsen Avakov prezident Petro Poroşenkonun büdcə proqramları vasitəsi ilə seçicilərə rüşvət vermək cəhdləri barədə danışıb. FaktXəbər bildirir ki, bu barədə o, ICTV kanalındakı "İfadə azadlığı" verlişində danışıb.

"Seçki qərargahlarından biri (Prezident Poroşenko nəzərdə tutulur) müəyyən şəxslər tutublar və onlar 100 nəfər müəyyən edirlər. Bunlar daha kasıb və imkansız vətəndaşlar olur. Onların evlərinə gedirlər və soruşurlar ki, həmin namizədi dəstəkləyirlərmi? Əgər müsbət cavab alsalar, onda həmin şəxsə yardım təklif edirlər. Həmin yardım isə büdcəyə daxil olan proqramların vəsaitindən istifadə etməklə edilir",-deyə Avakov vurğulayıb.

Ukraynalı nazir əlavə edib ki, seçicilərə rüşvət vermək üçün belə bir sxemdən istifadə edilməsi barədə polisə ölkənin bir neçə regionundan, o cümlədən Odessa, Xarkov və Kiyevdən gəlir.

Məqalədə : Ukrayna 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
196

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
114
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 01:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru