Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Sentyabr

2019
12:59
1615
Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı

Dünən bütün dünyada Aşura günü qeyd edildi. Hər olduğu kimi müxtəlif məclislər təşkil olundu, moizələr oxundu, mərsiyələr deyildi, rövzələr söyləndi, əzadarlıq edildi. 1400 ildir davam edən bu məclislərdən hər kəs özü üçün bir nümunə, bir ibrət götürür. Amma bəziləri də var ki, bu məclisləri gözdən salmaq, İslamı, məxsusən şiə təriqətini vəhşi kimi təqdim etməyə çalışırlar. Ayrı-ayrı şəxslərin fərdi qaydada atdığı addımları - qılıncla baş yarmaq kimi (hansı ki, İslam alimləri haram hesab edirlər) - Aşuraya nisbət verir, təhqirlər səsləndirirlər.

Keçən il Aşura günü bəzi media orqanları "Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi" kimi xəbərlər yayımladılar, özləri dini ekspert hesab edənlər isə buna münasibət bildirdilər. Bu məsələdə qərəz və nifrət aşılanması onda bilinir ki, istənilən bir informasiyanın saxta olub-olmadığını araşdırmaq XXI əsrdə "2+2"nin cavabı qədər asandır və həmin media orqanları, ya da "ekspertlər" bunu etmirlər. Həqiqət ortaya çıxdıqda isə yüz minlərlə insanın inancını təhqir etdikləri üçün nə təkzib etmirlər, nə də üzr istəmirlər.

Keçən il yayımlanan "Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi" xəbəri ətrafında qısa bir araşdırma apardıq və məsələnin həqiqətini ortaya çıxardıq. Məlum oldu ki, video 2016-cı ilə aiddir və İraqda çəkilib. Görüntülərdə yer alanlar isə Kərkükdə yaşayan Qadiriyyə dərvişləridir və icra etdikləri ayin də sırf onlara məxsusdur və İslamla da yaxından-uzaqdan əlaqəsi yoxdur. Onlar bu cür çalğı alətləri ilə məclislər keçirir, oxuyur və ayinlər icra edirlər. Bu ayinlər isə kəsici-deşici alətlərlə özlərinə xəsarət yetirməkdən ibarətdir.

Bu il də bəzi media orqanları analoji addım atıb. Yenə hədəf Aşuradır. Təqdim edilən xəbər, "Aşura günü özünü güllələdi" başlığı ilə yayımlanıb. Və küyə düşən, ucuz reklamla məşğul olan, oxucu toplamaq istəyən bəzi onlayn media orqanları da bir-birinin ardınca bunu tirajlamağa başlayıblar.

FaktXəbər olaraq apardığımız araşdırma zamanı məlum oldu ki, bu xəbəri ilk olaraq Səudiyyə Ərəbistanından yayımlanan "Mashahed" saytı yayımlayıb. O isə Şeyx Faleh adlı birinin tvitter statusuna istinad edib. Həmin statusda bildirilir ki, Aşura günü özünü öldürən şəxs yuxuda İmam Hüseyni (ə) gördüyünü deyib və İmam ona özünə 3 güllə vurmasını, həyatını xilas edəcəyini söyləyib. Bundan sonra həmin şəxs avtomatla qarın nahiyəsindən 3 güllə vurub, xəstəxanaya aparılarkən yolda ölüb.

Videoya baxdıqda bu deyilənlərdən sadəcə bir kişinin öz qarın nahiyəsindən güllə ilə vurduğu görünür.

Araşdırma nəticəsində videonun 2016-cl ilin may ayına aid olduğunu müəyyənləşdirdik. Eyni ilə keçən il yayımlanan video kimi. Videoda Aşura ilə bağlı ilk saxtakarlıq buradan aydın olur. Çünki 2016-cı ildə Aşura günü oktyabrın 12-nə təsadüf edib.

Burada bir haşiyəni də çıxmaq olar ki, sosial şəbəkələrdə İslamın təhqirinə, İslamın vəhşi din kimi təqdim olunmasına yönəlmiş hər hansı bir görüntü dəfələrlə şikayət edilməsinə rəğmən silinmir.

Gələk videonun araşdırılmasına. Görüntülərin Kərbəlada Aşura gününə aid olduğunu və ya ümumiyyətlə Məhərrəmliyə aid olduğunu yayımlayanlar və ona inananlar eyni zehniyyətin daşıyıcılarıdır desək, yanılmarıq. Əvvəla, bu məclis doğrudan da Aşura gününə aiddirsə, nədən ətrafda bir dənə də olsun şüar yazılmış lövhə, üzərində "Ya Hüseyn" yazılmış bayraq yoxdur? İkincisi, nə vaxtdan şiələr salavatı "Allahumməsəlli əla Muhəmməd və ali Muhəmməd" yox, "Səlli əla Muhəmməd" deyirlər? Dindən azacıq anlayışı olan da bilir ki, salavatı ikinci formada sünni təriqətinə məxsus şəxslər söyləyirlər. Sünnilərin Aşuranı qeyd etmədiyini və arxadan gələn musiqi səsini də nəzərə alsaq deyə bilərik ki, bu görüntülər də Qadiriyyə təriqətinə aiddir və yenə hansısa ayin icra ediblər.

Sonda bütün oxuculara demək istəyirik ki, icazə verməyin sizi avam yerinə qoysunlar. Saxta, yalan xəbər yayımlayanları birdəfəlik "xəbər rasionu"nuzdan çıxarın.

Məqalədə : İraq Aşura 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN: Dünən yol qəzalarında 7 nəfər ölüb

18

Sentyabr
10:46
HÜQUQ,HADİSƏ
33

Bu şəxslərin maaşı artırıldı

18

Sentyabr
10:08
ÖLKƏ
107

Azərbaycan nefti ucuzlaşıb

18

Sentyabr
09:53
İQTİSADİYYAT
100

Xarici valyutaların manata qarşı məzənnələri

18

Sentyabr
09:45
İQTİSADİYYAT
116

Üç rayonun qaz təchizatı dayandırılıb

18

Sentyabr
09:34
ÖLKƏ
107

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

17

Sentyabr
22:15
AİLƏ, SAĞLAMLIQ
253

Azərbaycan gömrüyündə MİLYONLUQ ƏMƏLİYYAT - FOTO

17

Sentyabr
20:56
HÜQUQ,HADİSƏ
267

Neft gün ərzində ikinci dəfə ucuzlaşdı

17

Sentyabr
20:04
İQTİSADİYYAT
210

Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib - SƏRƏNCAM

17

Sentyabr
18:18
BÖLMƏNİ DÜZ SEÇ!
206
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 11:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru