Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2021
09:50
Atmosfer havası ən çox hansı şəhər və rayonlarda çirklidir? - VİDEO

Bakıda havanın çirklənməsi ötən illərlə müqayisədə azalıb.

BAKU.WS-in məlumatına görə, Milli Hidrometeorologiya Xidməti tərəfindən havanın keyfiyyətinə nəzarət məqsədilə paytaxtın Xətai, Nizami, Səbail və Nərimanov rayonları ərazisində monitorinq aparılıb.

Xidmət rəisinin müavini Rafiq Verdiyev "Xəzər Xəbər"ə bildirib ki, havada dispers toz hissəciklərinin miqdarı üzrə ölçmələr həyata keçirilib. Son aylarla müqayisədə avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, paytaxt ərazisində dispers toz hissəciklərinin qatılıqları sanitar norma daxilində qeydə alınıb.

Rafiq Verdiyev vurğulayıb ki, havaların yağıntılı keçməsi də tozlarla çirklənmənin qarşısını alır.

Qeyd edək ki, monitorinqlər paytaxtla yanaşı, Sumqayıt və Gəncə şəhərlərinin müxtəlif ərazilərində də aparılıb.

Rafiq Verdiyev əlavə edib ki, yaxın günlərdə də hava keyfiyyətinin yaxşı statusa malik olacağı gözlənilir. Gələcəkdə ölkənin digər şəhər və rayonlarında da hava ilə bağlı monitorinqlərin aparılması nəzərdə tutulur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
431

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
583

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
588

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
614

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
600
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 10:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru