Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2021
16:06
Atçılıq Mərkəzindəki atlar niyə acından ölür? - Nazirlikdən açıqlama

Sosial şəbəkələrdə Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzində atların yem çatışmazlığı səbəbindən aclıq çəkdiyini əks etdirən məlumat və görüntülər yayılıb. 

Məlumatlarda Mədəniyyət Nazirliyinin balansında olan mərkəzdə saxlanan cins atlara lazımi qədər vəsait ayrılmaması səbəbindən yem tədarükünün kifayət etmədiyi iddia olunur. Şəki sakini Taleh Mustafayevin yazdığına görə, əgər heyvanlar yemlə təmin olunmasalar, tezliklə mərkəzdə bəslənən cins atların nəsli kəsilə bilər:

“Son dövrdə Mədəniyyət Nazirliyinin rəhbərliyi dəyişiləndən sonra mərkəzdəki cins atların vəziyyəti çox pisdir. Yem tədarükü vəsaitin az olması səbəbindən tam şəkildə görülmür. Bu da ona gətirib çıxarıb ki, hazırda atlar aclıqdan tələf olur. Nazirlik rəsmilərinin laqeydliyi ucbatından cins atlar itib-batır. Qısa bir zamanda tədbirlər görülməsə, mərkəzdə olan atlar tamamilə məhv olacaqlar”. 

Problemlə bağlı Mədəniyyət Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, müəssisə təsərrüfat hesablı olduğundan cari il üçün nazirlik tərəfindən ora vəsait ayrılmayıb: 

“Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi (Şəki şəhəri) təsərrüfat hesablı müəssisədir və 2021-ci il üçün mərkəzin saxlanmasına dair maliyyə vəsaitinin ayrılması Mədəniyyət Nazirliyinin büdcəsində nəzərdə tutulmayıb. Eyni zamanda qeyd edək ki, bununla əlaqədar nazirlikdə müzakirələr aparılır və məsələnin müvafiq həll yolları axtarılır”.

Məqalədə : Atçılıq Mərkəzi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

16

May
16:58
ÖLKƏ
141

Sabah 35 dərəcə isti olacaq

16

May
14:05
ÖLKƏ
191

Vüqar Səfərlinin həbs müddəti uzadıldı

16

May
12:32
HÜQUQ,HADİSƏ
291

Vətən müharibəsi iştirakçısı vəfat etdi

16

May
12:29
BÖLMƏNİ DÜZ SEÇ!
276

Neftin bahalaşması davam edir

16

May
09:45
İQTİSADİYYAT
493

AMB-nin valyuta məzənnələri

16

May
09:30
İQTİSADİYYAT
521

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
759

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
580

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
622
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 18:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru