Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2020
09:00
Ata dilənmək istəməyən 11 yaşlı oğlunu başından bıçaqladı - FOTO

Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində bıçaqlanma hadisəsi baş verib.

Belə ki, bu küçədə yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, övladı 2009-cu il təvəllüdlü İsmayılov Canəlinin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.

Azyaşlı aldığı zərbələrdən huşunu itirib. Yaralı əraziyə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun baş ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası və çoxsaylı yumruq zədələri aşkarlanıb.

Azyaşlının anası bildirib ki, F. İsmayılov narkotik aludəçisidir və üç övladını dilənçiliklə məşğul olmağa vadar edir. Sonuncu hadisə isə C. İsmayılovun atasının hərəkətinə etiraz etdiyi üçün baş verib.

Belə ki, 11 yaşlı yeniyetmənin dilənməyə qarşı çıxmağı onun bıçaq və yumruq zərbələrinə məruz qalması ilə nəticələnib.

Faktla bağlı ailə üzvləri tərəfindən Suraxanı Rayon Polis İdarəsinə şikayət olunub, araşdırmalara başlanılıb.(report)

Polis sözügedən faktı nəzarətə götürdüyünü bildirib.

Məqalədə : cinayət zorakılıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
62115

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59878

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61561

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
61186

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66644

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60932

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
61156
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2021 06:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru