Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2020
14:54
Astarada minaatan mərmi aşkarlanıb

Fevralın 5-də saat 19:04-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 19:06-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA)  Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən meşə ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan verilən xəbərə görə, havanın qaranlıq olmasını və mərminin yaşayış məntəqəsindən uzaqda yerləşməsini nəzərə alaraq, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Astara rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinin əməkdaşları fevralın 6-da əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim-taktiki atışları üçün nəzərdə tutulmuş 120 mm-lik minaatan mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərminin ətrafında 300 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə : minaatan mərmi ANAMA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda itkin düşən 5 nəfər tapılıb

29

Fevral
09:48
HÜQUQ,HADİSƏ
210

Atəşkəs rejimi 22 dəfə pozulub

29

Fevral
09:30
HƏRB
221

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
414

Iranda daha 4 deputat koronavirusa yoluxub

28

Fevral
16:27
DÜNYA
409

Sabaha olan hava proqnozu açıqlanıb

28

Fevral
16:13
ÖLKƏ
465

Maştağada quş kəsimi sexi bağlanıb

28

Fevral
15:57
ÖLKƏ
458
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-02-2020 11:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru