Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Avqust

2021
16:21
Arxayınlaşmaq yoluxma sayında çoxalmaya səbəb olur - İnfeksionist

Pandemiyanın ilkin dövrləri ilə müqayisədə Azərbaycanda maska istehlakı da azalıb. Vətəndaşların bir maskadan uzun müddət istifadə etməsi yoluxma sayına təsir edən amillərdəndir.

Bu barədə Trend-ə açıqlama verən TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Süleyman Kamilov ölkədə maska sayının kifayət qədər olduğunu, lakin insanların ondan istifadəni unutduqlarını bildirib:

"Bu bir neçə həftə öncə xəstə sayının azalmasından qaynaqlanır. İnsanlar arxayınlaşdıqları üçün maskaya da tələbat azalıb. Kütləvi toplaşmalar zamanı maskadan mütləq qaydada istifadə olunmalı, gigiyena qaydalarına riayət edilməlidir. Maskaların davamlı şəkildə istifadə müddəti 2-3 saatdır. Bundan artıq istifadə edildikdə artıq onun virusdan qoruyuculuq qabiliyyəti itir. Həmçinin maskanı tez-tez çıxarıb taxmaq, əzmək, cibdə saxlamaq da onun keyfiyyətini aşağı salır. Maska təmiz yerdə saxlanılmalı, qeyd edilən müddətdən artıq istifadə edilməməlidir".

Mütəxəssis onu da qeyd edib ki, bu gün cəmiyyət arasında vaksinasiya prosesində aktivliyin aşağı düşməsi, peyvəndlənmə haqqında müxtəlif şayiələr gəzir. Bunların heç biri həqiqətə uyğun deyil:

"Unutmamalıyıq ki, virus hələ məhv olmayıb və pandemiya tamamilə bitməyib. Yoluxma sayında azalmaların olduğunu görüb, arxayınlaşmaq rəqəmlərin artımında müsbət dinamikaya səbəb olur".

Məqalədə : yoluxma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

23

Sentyabr
14:45
SİYASƏT
155

Sabahın hava proqnozu açıqlanıb

23

Sentyabr
12:59
ÖLKƏ
161

MTN generalının məhkəməsi başlayıb

23

Sentyabr
11:11
HÜQUQ,HADİSƏ
275

Sənədsiz evlərin sahiblərinə YENİ XƏBƏR - VİDEO

23

Sentyabr
10:16
İQTİSADİYYAT
331

AMB-nin valyuta məzənnələri

23

Sentyabr
09:45
İQTİSADİYYAT
260

Azərbaycana payız gəlib

23

Sentyabr
09:16
DÜNYA
340

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
417
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 17:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru