Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2020
10:35
Arvadını üç dəfə bıçaqlayıb, `sən hələ ölmədinmi`, - deyə sual verib

Türkiyə mediasının yazdığına görə, İstanbuldan Avcılar rayonunda dünən yerli vaxtla saat 16.30 radələrində Öznur B. həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı həyat yoldaşının əlində bıçaq görən Öznur B. qapını açaraq küçəyə qaçıb. Qaçmaq istəyən həyat yoldaşını saxlamağa çalışan Dəniz B. onu 3 dəfə kürək və qolundan bıçaqlayıb.

DHA-dakı xəbərə görə, qanlar içində qalan qadına, "sən hələ ölmədinmi", - deyərək, bir müddət başının üstündə gözləyən şübhəli, qaçmaq istəyərkən qışqırıq səslərini eşidən qonşularının polisə zəng vurmasından sonra tutulub. Yaralı qadına ilk tibbi müdaxilə həmin vaxt orada olan və məzuniyyətdə olduğunu bildirən tibb bacısı tərəfindən edilib. Öznur B.-nin vəziyyətinin ağır olduğu bildirilir.

5 il əvvəl Öznur B. ilə evlənən Deniz B.-nin bir övladı və bərbər dükanı var. O, indiyə qədər narkotik istifadəsi, təhdid və yaralama cinayətləri ilə 5 dəfə polisə düşüb. Avcılar Polis İdarəsində ifadəsi alınan məhkəməyə göndərilən şübhəli, koronavirusa görə məhdudlaşdırılan komendant saatını da pozduğuna görə əlavə olaraq 3 min 150 TL də pul cəzasına məruz qalıb.

Məqalədə : bıçaqlanma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
276

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
718
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 02:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru