Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2019
18:41
819
AQTA heyvan kəsimi ilə bağlı yeni video-çarx yayıb

AQTA qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri çərçivəsində yeni video-çarx hazırlayıb.

AQTA-dan FaktXəbər-ə verilən məlumata görə, təqdim olunan yeni video-çarx qanunvericilik çərçivəsində heyvan kəsiminin necə həyata keçirilməsi ilə bağlıdır.

Çarxda heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin heyvanın saxlanması, daşınması və kəsimi zamanı mövcud baytarlıq-sanitariya və sanitar-gigiyena tələblərinə riayət etmələrinin vacibliyi öz əksini tapıb.

Video-çarxda kəsim məntəqəsinə gətirilən heyvanın mütləq baytar müayinəsindən keçməli olduğu vurğulanır. Heyvanın kəsimdən istehlaka təqdim edilməsinə qədər bütün mərhələləri özündə əks etdirən çarxda temperatur rejiminə əməl olunmasının vacibliyinə diqqətə çatdırılır. Eyni zamanda ət və ət məhsullarının müvafiq qaydada soyudulmadıqda və uyğun şəraitdə saxlanılmadıqda mikroorqanizmlərin inkişaf etməsinə, bu da öz növbəsində ətin vaxtından əvvəl xarab olmasına, qida mənşəli xəstəlik və zəhərlənmə risklərinin artmasına səbəb olduğu bildirilir.

AQTA qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi maarifləndirmə tədbirlərində fəal iştirakına və dəstəyinə görə “ Az Protein Foods Group” MMC və "Azmeat Production" MMC-yə təşəkkür edir.

Məqalədə : AQTA heyvan kəsimi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
3

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
375

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
557

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
62

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
65

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
65

Yasamalda yaşayış binası yanır

20

Avqust
11:37
HÜQUQ,HADİSƏ
73
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 14:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru