
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində yoxlama-nəzarət tədbirləri davam etdirilir.
Qurumdan bildirilib ki, AQTA əməkdaşları tərəfindən 17 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 182 ictimai iaşə obyekti, 223 ərzaq satışı mağazası olmaqla ümumilikdə 405 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 184-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
Suraxanı rayonunda “Halal süfrə” restoranı, “Ballı” market
Binəqədi rayonunda fiziki şəxs Xəlilova Tovuz Kazım qızına məxsus kafe, “Şuşa” kafesi, “Ocaq” kafesi
Nəsimi rayonunda “Yuva” market
Yasamal rayonunda “Dondurma” market
Qaradağ rayonunda “Əli” market
Digər rayon və şəhərlər üzrə:
Abşeron rayonu Novxanı kəndində “Caspian Breeze” istirahət mərkəzi
Xaçmaz rayonunda Yaqubov Zəki Seyfulla oğlu və Mehrəliyev Məcnun Gülmurad oğluna məxsus ət satışı mağazaları (hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdır)
Bərdə rayonunda fiziki şəxs Vəliyev Aydın Sabir oğlu, Hacıyev Elşad Rüstəm oğlu və Hüseynov Adil İsmayıl oğluna məxsus marketlər
İsmayıllı rayonunda fiziki şəxs Bağıyev Mahir Xanlar oğluna məxsus yeməkxana, Ələsgərov Elçin Əvsər oğluna məxsus ərzaq mağazası
Kürdəmir rayonunda fiziki şəxs Məmmədov Mübariz Özbək oğluna məxsus yeməkxana, Qəniyev Sadiq Səyyat oğluna məxsus “Bığ” restoranı
Şamaxı rayonunda Dəmirov Azər Zümürxan oğluna məxsus “Aqşin” kafesi, Yusifov Sahib Abdulməmməd oğluna məxsus ət satışı mağazası, “Rahat” market, Həsənov Qubad İbad oğluna, Qədirov Cahid Cavid oğluna və Səlifov Ülvi Vüqar oğluna məxsus ərzaq mağazaları
Göyçay rayonunda Babayev Nizami Sirac oğluna məxsus ərzaq mağazası
Göygöl rayonunda Babayev Orxan Ələmdar oğlu, Məmmədov Eldəniz Ağalar oğluna məxsus kafelər, “Dönər House” restoranı, “Dönər evi” kafesi, “Al market”, “Əminə” market, “Oba” market, “Pərvin” market və Allahverdili Seymur Hüseyn oğluna məxsus ərzaq mağazası
Şəki şəhəri Baş Göynük kəndində “Eltun” və “Xocalı” market
Zaqatala rayonunda İsgəndərova Nargilə Cəbrayıl qızına məxsus kafe
Lənkəran rayonu, Ürgə kəndində Bağırov Altay Sahab oğluna məxsus “Cənub” market, Rəhimli Əzizağa Həsənağa oğluna məxsus “Rəhimli” market, Həsənov Samir Atəş oğluna məxsus ərzaq mağazası, Əbilov Əkbər Hüseynağa oğluna məxsus “Nihad” market
Sabirabad rayonunda Gülüşov Barat Hüseynqulu oğluna məxsus kafe, İsmayılov Mübariz Mikayıl oğlu, İsmayılov Fuad Adil oğlu, Xəlilov İlham Sahib oğlu, Güləliyev Güləli Nizami oğlu və Əliyev Cavid Mustafa oğluna məxsus ərzaq mağazaları
Tovuz rayonunda “Zirvə”, “Yaşıl tala”, “Atan bulaq”, “Şəfa”, “Çatax”, “Ballı”, “Holiday” kafeləri və “Dağ” market
Beyləqan rayonunda “Sərin” restoranı və “Beyləqan” market
Siyəzən rayonunda Salmanov Səlim Kərim oğluna məxsus ərzaq mağazası
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir. (trend)

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi