Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2019
11:47
3995
AİP Qüds günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

Hər il Ramazan ayının son cümə günü bütün dünyada Beynəlxalq Qüds günü qeyd edilir. Yürüşlər, mitinqlər təşkil olunur, İsrailin Fələstini işğal etməsi qınanır. Qüds günü artıq uzun illərdir dünyada Fələstinin işğalı, müsəlmanların ilk qibləsinin yad edilməsi tarixinə çevrilib.

FaktXəbər-in məlumatına görə, Azərbaycan İslam Partiyasının rəhbərliyi də Beynəlxalq Qüds günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib və şəhidlərin qəbri üzərinə qərənfillər düzüblər.

"Əbədi məşəl" qarşısında Qüds günü ilə bağlı çıxışlar olub.

AİP-in sədr əvəzi Hacı İlham Əliyev dünyada işğalçılıq siyasəti yürüdən hakimiyyətlərə rejimələrə səslənərək bildirib ki, bu gün Qüdsün işğalı günüdür və dünyadakı işğalçılıq ruhiyyəsi məhz Qüdsün işğalından qaynaqlanıb: "Sionizm rejiminin xoşagəlməz əməllərinin bu başlanğıcı bütün dünyaya fitnə-fəsad yayıb. Bildiririk ki, beynəlxalq sionizm və onun himayəçilərinin bu əməlləri xoşagəlməzdir, onu qınayırıq. Əgər onların bu işğalçılıq əməllərinə hər yerdə etiraz olunsa, onların işağlçılıqları davam edə bilməz. Amma çox təəssülər olsun ki, hegemon dövlətlərin himayəsi sayəsində sionist rejim qətliamlar həyata keçirirlər."

Daha sonra AİP üzvləri Qarabağ şəhidlərinin məzarlarını ziyarət ediblər.

Şəhidlərimizin və zülümkar rejim tərəfindən məzlumcasına şəhid edilmiş müsəlman qardaşlarımızın ruhlarına dualar edilib.

Tədbirin sonunda qətnamə oxunub. 

Qətnamədə deyilir:

Biz tədbir iştirakçıları müqəddəs Qüdsün, qədim Fələstin torpaqlarının, İraqın, Əfqanıstanın, Liviyanın, Suriyanın, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın, digər müsəlman ərazilərinin işğalına son qoymağı tələb edirik. Yaratdığınız qondarma İsrail dövlətinin, Ermənistanın və bu işğalçı rejimləri himayə edən Amerika başda olmaqla, istismarçı ölkələrin, müsəlman xalqlara qarşı apardıqları soyqırım və etnik təmizləmə siyasətini qətiyyətlə rədd edirik.

Fələstinin Qəzza bölgəsində insanların-qoca, qadın, körpə bilmədən cəllad xislətli əsgərləriniz tərəfindən qətliam edilməsini, minlərlə insanın yaralanmasını bəşəri cinayətin bariz nümunəsi kimi qiymətləndirir, müqəddəs Qüds şəhərindən əllərinizi çəkməyi tələb edirik. Dünyada apardığınız istismar və qəsbkarlıq siyasətinizlə Yaxın Şərqi, tarixən sülh və əminamanlıq torpağı sayılan Qüdsü qan gölünə döndərmisiz. Əliyalın insanların dinc etirazlarına dözməyən sionist rəhbərləriniz məzlum fələstinliləri gülləbaran etmək üçün qaniçən əsgərlərə verdikləri yaylım atəşi əmri tezliklə zalım xuntanızın sonunu yaxınlaşdıracaq.

Zülm və məşəqqət nümunəsinin daşıyıcısı olan sionizm ideologiyası bu bölgədə yaşayan xalqları, o cümlədən də yəhudi xalqını cana doydurmuşdur. Bir-birini əvəz edən hakim dairələrin əsiri olan yəhudi xalqı cinayətkar dəstənin qurbanına çevrilmişdir. Tövratı saxtalaşdıran bu ideologiya dünyanın imperialist qüvvələrinin təsiri və himayəsi sayəsində, eyni zamanda qədim Fələstin torpaqlarının tarixini də saxtalaşdırmağa cəhdlər göstərir, bu xalqın fundamental dəyərlərini ayaqlar altına atır.

Biz aksiya iştirakçıları hesab edirik ki, işğalçı bir rejimin rəsmi nümayəndələri işğala məruz qalan bir dövlətin, xalqın, müsəlman ümmətinin dostu ola bilməz. Sionist əlaltılarının müqəddəs müsəlman məmləkətlərində diplomatik fəaliyyət göstərməyə mənəvi haqqı yoxdur. Biz müsəlmanların ilk qibləsi, səmavi dinlərarası sülh şəhəri Qüdsün ABŞ tərəfindən İsrailin paytaxtı kimi qəbul etməsini tarixin ən böyük səhvi, ciddi fəlakətlərin səbəbi və başlanğıcı hesab edirik. Tarixdə ən kəskin mənəvi tənəzzül dövrünü yaşayan bir qondarma rejim, hesab edirik ki, heç bir xalqa və dövlətə nümunə göstərilə bilməz. İsrailin sionist rəhbərləri 20-ci əsrin ortalarından başlayaraq Fələstin xalqına dəhşətli və böyk fəlakətlər yaşadır, bu xalqın tarixi torpaqlarını qəsb etməkdə davam edir. Biz uzaqgörən nəzərlərlə müəyyənləşən unudulmaz Beynəlxalq Qüds Günü təqviminin sionist İsrail qondarma dövlətinin qəsbkarlıq anlamında olan bütün siyasətinin qarşısının alınması üçün müsəlmanların öndə gedən mübarizə bayrağına çevriləcəyinə inanırıq. Sülhsevər bəşəriyyəti, müsəlman dövlətlərinin liderlərini, dünyanın tərəqqipərvər xalqlarını, o cümlədən yəhidi xlqını onlara başıaşağılıq gətirən sionist İsrail rəhbərlərinə və onların hiumayədarlarına qarşı mübarizəyə, yer üzünü bu bəladan xilas etməyə çağırırıq. Hesab edirik ki,bütün dünyada zülmə qarşı etirazı özündə ehtiva edən bu tarixi gündə zalımlara nifrət hissi alovlanmaqdadır. Rəhm və mərhəmətdən uzaq olan qəsbkar rejimlərin istismarçı fəaliyyəti artıq İslam vəhdətini keçilməz, zülmdən qurtuluş üçün əvəzlənməz bir zərurətə çevirmişdir. İşğalçı siniflərə himayədarlıq edən güc mərkəzləri-bəzi Qərb dairələri, başda ABŞ olmaqla yeni müstəmləkəçilik, istismarçılıq, müsəlman xalqlarına qarşı əsarət niyyətlərini reallaşdırmaqla sionizmdən diqqəti yayındırmağa çalışırlar. Müsəlman dövlətlərinin işğalçılar tərəfindən hərbi təcavüzə məruz qalmasına və müqəddəs torpaqların istismarçı dövlətlərin qəsbkar ordu qüvvələrinin əsarətində inləmsinə son qoymağın vaxtı yetişmişdir.

Torpaqlarımızın azad edilməsi biz müsəlmanlardan Beynəlxalq Qüds Gününün böyük əhəmiyyətinə, bu tarixi günün İslamın və müsəlman dünyasının taleyində mühüm önəm kəsb etməsinə diqqətlə yanaşmağı tələb edir. Sözsüz ki, İslam vəhdəti ilə, zülmün, istismarın, işğalın və qəsbkarlığın qarşısında birgə dayanmaqla həmin mərkəzlərin niyyətlərini puç etmək mümkündür. Biz bütün dünya müsəlmanlarını öz ölkələrinin istismarçı dövlətlər tərəfindən, başda sionist İsrail rejkimi olmaqla silah satışı bazarına çevirməsinə yol verməməyə çağırırıq. Onların məqsədi sözsüz ki, müsəlmanların rifahı və xoşbəxtliyinin təminatı deyil. Əsas hədəfləri bizləri qarşı-qarşıya qoyaraq məhv etməkdir. Bununla onlar dünyaya nəzarəti ələ keçirmək, mənəviyyatımızı aradan aparmaq, malik olduğumuz maddi sərvətlərimizi talan etmək istəyindədirlər. Biz bu ədalətsizliyə və haqsızlığa yol verməz, birliyimiz, vəhdətimiz, həmrəyliyimizlə bütün müsəlman torpaqlarını, o cümlədən Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağımızı azad edəcək, cinayətkarları cəzasız qoymayacağıq! Allahın düşmənlərilə dost olmayacağıq!

Məqalədə : AİP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
48

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1633

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
681

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
75

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
75

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
76

Yasamalda yaşayış binası yanır

20

Avqust
11:37
HÜQUQ,HADİSƏ
84
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 14:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru