Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2020
10:54
AİP Qadınlar Şurası Xanım Fatimənin (s.ə) şəhadətini qeyd edib

Azərbaycan İslam Partiyasının Qadınlar Şurası "Əyammi Fatimə" günləri ilə əlaqədər tədbir keçirib.

AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova Əhli-Beytin müqəddəsliyindən və Quran ayələrində onların varlığına işarə vuran ayələrdən bəhs edib: 

"Allah-Təalanın "Yasin" surəsində birbaşa kimlərə xitab etdiyini hamımız bilirik. Dinimizdə ən əhəmiyyətli məsələrdən biri intizardır. Amma bu fani dünyaya aid bir intizar deyil. Bir ümmətin bütün ibadəti və həyatı gözlədiyinin intizarına köklənibsə, o ümmətin mənəviyyyatının bər-bəzəyi yerə göyə sığmaz. Ona görə də könlümüzü bu intizara kökləyərək şəhadət günlərindən bəhrələnək. Xanım Fatimənin (s.ə) fəzilət və kəramətindən danışmaq üçün bir ömür insane yetməz. Çünki onu Allah özü tərif etmişdir. Hz.Zəhra (s.ə) İmam Əlini (ə) öz yoldaşı kimi deyil, zəmanəsinin İmamı kimi müdafiə etdi və bu yolda canını qurban verdi. Eləcə də qızı Hz.Zeynəb (s.ə) həmin əxlaq və imanla öz zəmanəsinin imamını müdafiə edərək tarixə əbədiyyətə qədər unudulmaz şəhadət, şücaət məktəbinin bayrağını sancdı. 

Hz.İsa (ə) dünyaya göz açan kimi danışdı və dedi: “Anama böhtan deməyin, mən Allahın əmri ilə və mələyin vasitəsi ilə anamın bətninə deşmüşəm və sizə peyğəmbər kimi göndərilmişəm!”

Hz.Zəhra (s.ə) da ilk dəfə anası Xədicənin (s.ə) bətnində anası ilə danışdı və ona təsəlli verdi sonrada dünyaya göz açanda eynən atası Hz.Muhəmməd (s) kimi Allaha həmd səna etdi və Onun böyüklüyünü bildirdi.”

Tədbir daha sonra digər çıxışlar və Xanım Fatiməyə (s.ə) həsr olunmuş şeirlərion xonuşu ilə davam etdirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya imtahanın vaxtı açıqlanıb

18

Fevral
11:40
ELM / TƏHSİL
162

Xarici valyutaların manata qarşı məzənnələri

18

Fevral
09:40
İQTİSADİYYAT
332

Dövlət büdcəsində 418 milyon manat qalıq yaranıb

17

Fevral
18:12
İQTİSADİYYAT
366
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2020 12:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru