
"İslam dünyasının ən əziz günlərindən biri, Peyğəmbərin (s) qızı, Həzrət Əlinin (ə) xanımı, pak və mütəhər ruhu ilə cənnət xanımlarının anası sayılan Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu günü münasibətilə başda Zamanın İmamı(ə.f) olmaqla xalqımızı, bütün Əhli-beyt (ə) aşiqlərini, dünyanın qədirbilən müsəlmanlarını səmimi qəlbdən təbrik edirəm. Hər kəsə bu günün bərəkəti ilə bəhrələnməyi, axirət üçün şəfaət aparmağı arzulayıram. Dünyanın həqiqi müsəlmanları bu müqəddəs məqamları həmişə yüksək qiymətləndirir, mübarək günü bayram edirlər."
Bu sözlər AİP lideri Mövsüm Səmədovun Azərbaycan xalqına təbrik məktubundandır. Təbrikdə daha sonra deyilir:
"Əlbəttə, belə xoş məramların səbəbi aydındır. Çünki bəşər tarixi çox qorxulu bir dövrə qədəm qoyub. Cəmiyyətlərdə yaranmış kəskin mənəvi böhran yeni nəsli yaxın gələcəkdə qorxulu sindromlarla hədələyir. Ədalətsiz müharibələrin davam etməsi, genişlənməsi, kütləvi insan qətliamlarının artması barış nöqtəsinin olmaması, insanlıq üçün ilahi nümunələrin diqqətdən kənarda qalmasından xəbər verir. Müsəlman dünyasına qarşı basqılar, dövlətlərin çökdürülməsinə, xalqların zəlalət halına salınmasına edilən səylər Peyğəmbər ümmətinə birləşməyi, şeytani istəklərindən əl çəkməyi, fasad və faciə müəlliflərinin maraq və niyyətlərinin həyata keçirilməsində vasitə və alət olmaqdan imtinanı zəruri edir.
Sadaladığımız gərginliklərdən çıxmaq üçün bu gün kamil İlahi ölçü və nümunələrə malik olmaq ehtiyacı daha böyükdür. Bu baxımdan Allah təala müsəlmanları, o cümlədən də Azərbaycan xalqını Əhli-beyt (ə) və onun ardıcıllarının yaşadıqları, keçirdikləri həyat tərzi ilə maariflənməyi bizə vacib buyurur. Həm də belə vərdişlərə xalqımız təkcə məscid və ya hüseyniyyələrdə deyil, bütün zaman və məkanlarda, o cümlədən də geniş kütləvi informasiya vasitələrində buna münbit şərait yaradılmaqla yiyələnməlidir.
Düşünürəm ki, bu gün əcnəbi xalqların yad ruhiyyə ilə yüklənmiş mədəniyyətlərinin mənfi təsirindən qorunmaq və öz milli-mənəvi, dini dəyərlərimizi cəmiyyətə düzgün, əhatəli təlqin etmək zəruridir. Yalnız bu yolla övladlarımızı və bütövlükdə yetişməkdə olan gələcək nəsli sağlam düşüncə və yüksək əxlaqda tərbiyə etməkdə müvəffəq ola bilərik. Ümid edirəm ki, müsəlman xalqımız bu dünyada Həzrət Fatimənin(s.ə) və Əhli-beytin (ə) lütf və inayətindən, axirətdə şəfaətindən faydalanacaqdır.
Hesab edirəm ki, Həzrət Zəhranın (s.ə) mövludunun ölkəmizdə rəsmi analar günü kimi geniş şəkildə qeyd edilməsinə böyük zərurət yaranmışdır. Bu addım övladlarımızın mənəvi saflığının təmin olunmasına, ailə müqəddəsliyinin qorunmasına, iffətli, ismətli qız-gəlinlərinizin əxlaq nümunəsi kimi cəmiyyətlərə müsbət təsir göstərməsinə əvəzsiz nemət olardı.
Mən bir daha bu mübarək gün münasibətilə əziz müsəlman xanımlarına, bütün Əhli-beyt (ə) aşiqlərinə təbriklərimi ərz edirəm."

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 24-06-2020 12:55 Gürcüstanda cümə namazlarının qılınması bərpa edilib
- 23-06-2020 09:09 Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək
- 01-06-2020 15:44 Məhərrəm ayının başlanacağı tarix məlum oldu
- 28-05-2020 11:08 Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
- 27-05-2020 14:47 Məhərrəm ayının başlayacağı tarix açıqlandı
- 21-05-2020 14:10 QMİ bayram namazının vaxtını açıqladı - RƏSMİ
- 21-05-2020 14:05 Şeyxdən Ramazan təbriki
- 16-05-2020 16:26 Ramazanda fitrə zəkatı necə çıxarılmalıdır?
- 08-03-2020 12:03 Azərbaycan İslam Partiyası xalqımızı təbrik edib
- 06-03-2020 11:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artıb
- 15-02-2020 18:31 Həzrət Zəhranın (s.ə) mövludu ilə əlaqədar Bakıda gül paylanılıb - FOTO
- 15-02-2020 10:28 Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövlududur
- 14-02-2020 16:23 Həzrəti Zəhranın (s.ə) mövluduna həsr edilmiş tədbir keçirilib - FOTO-VİDEO
- 13-02-2020 15:05 AİP lideri Mövsüm Səmədov xalqımızı təbrik edib
- 29-01-2020 12:02 Həzərət Peyğəmbər qızının başına gətiriləcək müsibətlər barədə
- 27-01-2020 10:54 AİP Qadınlar Şurası Xanım Fatimənin (s.ə) şəhadətini qeyd edib
- 16-01-2020 12:12 QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb
- 15-01-2020 13:23 QMİ nümayəndələri Həcc ziyarəti ilə bağlı Məkkəyə gedib
- 09-01-2020 10:22 Əyyami-Fatimə (s.ə) - özünəqayıdış üçün vücudi fürsət
- 27-12-2019 10:42 Amerikalı alimlər: Oruc tutmaq ömrü uzadır, xəstəlikləri azaldır
- 25-12-2019 17:42 Gürcüstan müsəlmanlarının yeni müftisi seçilib
- 07-12-2019 11:05 Həzrət Məsumənin (s.ə) vəfat günüdür
- 05-12-2019 09:26 İmam Həsən Əsgərinin (ə) mövlud günüdür
- 20-11-2019 16:42 Şamaxıdakı kilsə Azərbaycanın qorunan abidələrinin siyahısına salınacaq
- 06-11-2019 09:27 Bu gün İmam Həsən Əsgərinin (ə) şəhadət günüdür