Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 May

2021
15:55
AİP Hacı İlham Əliyevin 16 illik həbsi ilə bağlı bəyanat yaydı

Azərbaycan İslam Partiyası qurumun sədr əvəzi Hacı İlham Əliyevin saxlanılması ilə bağlı bəyanat verib.

Faktxəbər-ə daxil olan bəyanatda deyilir:

"Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevin məhkəmə islası keçirildi. Hakim Faiq Qəniyev Hacı İlhama son söz verdikdən sonra hökm oxudu. F.Qəniyevin məhkəmə istintaqının ilk günündən İslamçıya qənim kəsildiyi kimi, son sözünü-hökmünü də qəddarlıqla yoğuraraq  elan etdi. Beləliklə ruhani alim, cəmiyyət içərisində böyük hörmət və izzət sahibi, hər sözündə və hər çıxışında insanları Vətəni sevməyə, iman gücünü artırmağa, səbr və təmkinli olmağa, ədaləti və haqqı hər şeydən uca tutmağa sövq edən, iki azyaşlı məktəbli övladı olan Hacı İlham Əliyev 16 il azadlıqdan məhrum edildi".

Azərbaycan İslam Partiyası bir daha bəyan edir ki, Hacı İlham Əliyev heç bir cinayətə yol verməmişdir. AİP sədr əvəzinin “Vətənə xəyanət” ittihamı ilə məhkum edilməsini nə özü, nə də bu ölkənin heç bir vətəndaşı qəbul etmir. Biz bunu sadəcə bir siyasi partiyaya qarşı qərəz, ruhani alimə, islamçıya qarşı şər və böhtan kimi qiymətləndiririk. Bir ölkənin ədalət göstəricisi olan məhkəmə hakimi günahsız insana 16 il həbs cəzası hökmü verməsi isə həmin cəmiyyətin mənəviyyatının tapdanması, dininə həqarət, gələcəyinə qara pərdə çəkmək deməkdir. 

AİP-in çoxminli üzvləri adından İslam alimi Hacı İlham Əliyevin 16 il azadlıqdan məhrim edilməsinə qəti etirazımızı bildirir,  həbsə dair  hökmü ədalətsiz, Azərbaycan vətəndaşına qeyri insani münasibət, məhkəmə qəddarlığının ən son həddi hesab edirik. Tələb edirik ki, Hacı İlham tezliklə haqq etdiyi azadlığa buraxılmalı, dinimizin təbliği və maarifləndirməsi işini davam etdirməlidir. Ölkəmizdə belə bir ruhani alimin həbsi xalqımızın mənəviyyatının həbsi, Azərbaycana İslam dünyasında qara ləkə vurmaq deməkdir. Bu ədalətsiz hökm yalnız İslam düşmənlərini, Azərbaycanı və xalqımızı sevməyən qütbləri sevindirəcək.

Məqalədə : AİP Hacı İlham Əliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
130

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
238

Azərbaycan nefti ucuzlaşıb

18

İyun
10:57
İQTİSADİYYAT
265

İranda prezident seçkiləri keçirilir

18

İyun
09:43
DÜNYA
250

Neftin ucuzlaşması davam edir

18

İyun
09:22
İQTİSADİYYAT
272

AMB-nin valyuta məzənnələri

18

İyun
09:11
İQTİSADİYYAT
450
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2021 18:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru