Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Aprel

2017
15:33
490
Apellyasiya Məhkəməsi `Azərsu` barədə qərar çıxardı: CAVAB VER!

Bakı şəhərinin Apellyasiya Məhkməsi Valeh Ağayevin sədrliyi ilə “Azərsu” ASC-nin Turan Agentliyinin 30 avqust 2016-cı il tarixli sorğusuna cavab verməli olduğu barədə qərar çıxarıb.

Cavabdehə növbəti məhkəmə prosesinə - mayın 2-dək vaxt verilib.

Bu müddətdə Bakı şəhər Birinci İnzibati-İqtisadi Məhkəməsində 9 məhkəmə prosesi olub. Nəticədə 12 mln manat məbləğində sayğacların quraşdırılması ilə bağlı verilən 7 sualdan 6-a cavab almaq mümkün olub.

İndiyədək cavab alınmayan son sual sayğacların quraşdırılması üzrə smeta işlərinin qiyməti haqda idi və ona hələ də cavab almaq mümkün olmayıb.

“İnformasiya azadlığı haqqında” qanun 7 iş günü ərzində cavab təqdim olunmasını tələb edir.

Agentliyin sorgusundan öncə məlum olub ki, “Azərsu” sayğacları ölkə prezidentinin 29 mart 2016-cı il tarixli sərəncamı ilə ayrılan vəsait hesabına yüksək qiymətə alır.

Agentlik hesab edir ki, sayğacların və montaj işlərinin qiyməti 5-19 dəfə şişirdilib. Məsələ bundadır ki, ayrılan 12 mln. manatdan 5,5 mln. manatına 50 min sayğac alınıb və daha 6,5 mln. manatın montaj işlərinə sərf edilməsi planlaşdırılıb. 

Qeyd etmək lazımdır ki, “Azərsu” 2006-2009-cu illərdə Azərbaycanda sayğacların 100 faiz tətbiqi üzrə üçillik Dövlət Proqramını pozub. Şirkət bildirib ki, 2017-ci il yanvarın 1-dən əhali kateqoriyasından 1342248 abonentə  897350 və ya 66,9% sayğac quraşdırılıb. Qeyri-əhali qrupundan 58775 abonentə 48223 və ya 82 % sayğac quraşdırılıb.

Qəribədir ki, Dövlət proqramı başa çatdıqdan sonra “Azərsu” sayğacların tətbiq üçün yeni vəsait almaqda davam edib. Və nəzarət edən dövlət qurumlarının heç biri həmin vəsaitin yumşaq desək, qeyri-rasional istifadə edilməsi ilə maraqlanmayıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru