Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2021
10:54
AİP dünya müsəlmanlarına baş sağlığı verdi

Azərbaycan İslam Partiyası İmam Hüseynin Ərbəin günü münasibətilə bütün dünya müsəlmanlarına başsağlığı verdi. Müraciətdə deyilir:

“İslam təqvimi ilə bu gün şəhidlər sərvəri, Əhli-Beytin(ə) üçüncü İmamı İmam Hüseyn ibn Əlinin(ə) və Kərbəla şəhidlərinin şəhadətinin qırxıncı günüdür. Bu günün əzəli Peyğəmbərin(s) böyük səhabəsi Cabir ibn Abdullah Ənsari tərəfindən ilk dəfə Kərbəla şəhidlərini ziyarət etməklə qoyulmuşdur. Bu gün İslam tarixində Aşura günündən sonra ən əlamətdar və həm də böyük izdihamla, dünyanın hər yerində, xüsusən də İmam Hüseyn(ə)-ın şücaətinin və şəhadətinin baş verdiyi Kərbəla şəhərində xatırlanan, qeyd olunan gündür. 

İslam tarixi öyrənildikcə, təbliğ olunduqca, İmam Hüseyn(ə) haqqında hədis və alimlərin tədqiqləri davam etdikcə məlum olur  ki, İmamın(ə) gördüyü iş və əməlləri heç də Peyğəmbərlərin iş və əməllərindən fərqlənmir. Allah-təala əyər İslam dinini bəşəriyyətin xilası üçün göbdərmişdisə,  Öz seçilmiş bəndəsi olan İmam Hüseyni(ə) bu dinin məhv edilməkdən xilası üçün göndərdi. Kərbəla vaqeəsinin mahiyyəti məhz İslam dininin yenidən dirçəlişi və qiyamətə qədər yaşamasını özündə ehtiva edir. 

İslam tarixinin bu əvəzsiz dəyərinə görədir ki, Kərbəla müsibəti dinimizin qələbəsi, İmam Hüseynin sonsuz qəhrəmanlığı, əbədiyaşardır. Hər il çağırışsız, dəvətsiz, məcburiyyətsiz, könüllü, böyük şövq və məhəbbətlə, İmam Hüseynə(ə) dərin və sonsuz sevgi ilə şəhidlər sərvərini on milyonlarla insan  Ərbəin günü ziyarət edir, çətinliklərdə olan müsəlman qövmünə  bu müqəddəs məkanda Allahdan kömək diləyirlər.

Azərbaycan İslam Partiyası olaraq İmam Hüseynin(ə) və onun əhli-beytinin(ə) Kərbəla çölündə şəhid olmasının 40-cı günü, Ərbəin günü münasibətilə öncə zamanın İmamı İmam Zaman(ə.f) başda olmaqla bütün dünya müsəlmanlarına, Xüsusən Ərbəin yürüşündə iştirak edən milyonlarla insana dərin hüznlə başsağlığı veririk. Allah-təaladan Əhli-beyt aşiqlərinə İmam Hüseyn ziyarətini qismət etməyi, Onun şəhadət  məktəbindən bəhrələnməyi diləyirik.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
497

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
633

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
643

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
704

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
695
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 15:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru